Icma.az
close
up
RU
Rəqəmsal iqtisadiyyatın 2029 cu ilədək əsas drayveri inteqrasiya olunmuş texnoloji model olacaq ŞƏRH

Rəqəmsal iqtisadiyyatın 2029 cu ilədək əsas drayveri inteqrasiya olunmuş texnoloji model olacaq ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 28 yanvar, P.Qafarova, AZƏRTAC

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”da müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi üçün bir neçə əsas texnoloji istiqamət və praktik həll paketi kritik drayver rolunu oynaya bilər və sənədin məntiqi də məhz bu texnologiyalar üzərində qurulub.

Bu barədə AZƏRTAC-a açıqlamasında İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Təhlil və monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadi bildirib.

Əzizə Vidadi qeyd edib ki, Strategiyada birinci və əsas texnoloji drayver süni intellekt və generativ Sİ texnologiyalarıdır. Strategiyada süni intellektin qərarvermədə, risklərin idarə olunmasında, məhsuldarlığın artırılmasında və yeni xidmətlərin formalaşdırılmasında əsas rol oynayacağı açıq şəkildə göstərilir. Xüsusilə, Azərbaycan dili bazasında yaradıcı (generativ) dil modelinin hazırlanması, GenAI-dən istifadə hesabına 2029-cu ilə qədər 70 milyon manat iqtisadi təsirin yaradılması hədəfi bu texnologiyanın strateji əhəmiyyətini göstərir. Süni intellekt əsaslı analitika, avtomatlaşdırma və proqnozlaşdırma həlləri həm dövlət, həm də biznes sektorunda göstəricilərin sürətlə reallaşmasına imkan verəcək”, – deyə Əzizə Vidadi vurğulayıb.

Şöbə müdiri bildirib ki, ikinci mühüm drayver data əsaslı idarəetmə və vahid analitika platformalarıdır. “Strategiyada “İqtisadi məlumatların analitikası sistemi”nin yaradılması, ən azı 10 sosial-iqtisadi məlumat dəstinin formalaşdırılması və ildə 6 data əsaslı analitik hesabatın hazırlanması nəzərdə tutulur. Bu yanaşma texnologiyanı sadəcə alət kimi deyil, qərarvermənin mərkəzinə yerləşdirir. Böyük verilənlər, real vaxt analitikası və Sİ ilə inteqrasiya olunmuş dashboardlar həm dövlət proqramlarının, həm də şirkət strategiyalarının effektiv icrasının əsas təminatçısına çevrilə bilər”, – deyə o qeyd edib.

Əzizə Vidadinin sözlərinə görə, üçüncü əsas istiqamət rəqəmsal əkiz (“Digital Twin”) texnologiyalarıdır. “Strategiyada pilot mərhələdə başlayaraq milli səviyyədə ən azı 4 rəqəmsal əkiz modelinin tətbiqi planlaşdırılır. Bu texnologiya iqtisadi sahələrdə ssenari modelləşdirməsi, resursların optimallaşdırılması və risklərin əvvəlcədən qiymətləndirilməsi üçün mühüm alətdir. Xüsusilə logistika, sənaye, enerji və regional inkişaf layihələrində rəqəmsal əkizlər strateji göstəricilərin vaxtında və daha az xərclə icrasına imkan yarada bilər”, – deyə o əlavə edib.

Dördüncü drayver kimi bulud texnologiyaları və data mərkəzləri ekosistemi göstərilir. Bildirilib ki, Strategiyada dövlət–özəl tərəfdaşlığı əsasında ən azı 2 beynəlxalq standartlara uyğun data mərkəzinin yaradılması, həmçinin müəssisələrin bulud əsaslı rəqəmsal həllərə çıxışının genişləndirilməsi nəzərdə tutulur. Bulud infrastrukturu KOB-lar üçün texnologiyaya giriş baryerini azaldır, startaplar üçün sürətli miqyaslanma imkanı yaradır və rəqəmsal transformasiya göstəricilərinin (300 müəssisə hədəfi) reallaşmasını sürətləndirir.

Beşinci drayver platforma əsaslı yanaşmalar və ekosistem həlləridir. Strategiyada “Rəqəmsal həllər və xidmətlər platforması”, vahid internet resursları, startap–sənaye əməkdaşlıq platformaları və e-ticarət inteqrasiyaları xüsusi yer tutur. Bu yanaşma texnologiyanı ayrı-ayrı layihələrdən çıxarıb vahid ekosistemə çevirir. Nəticədə KOB-ların rəqəmsal bazarlara çıxışı, startapların kommersiyalaşması və texnologiya təminatçılarının bazar payı paralel şəkildə artır.

Altıncı mühüm texnoloji istiqamət tənzimləyici “sandbox”-lar və real iş mühitinə bənzər sınaq mərkəzləridir. Strategiyada 20-dən çox layihənin “sandbox” mühitində sınaqdan keçirilməsi və onların əhəmiyyətli hissəsinin kommersiyalaşması nəzərdə tutulur. Bu mexanizm innovasiyanın sürətini artırır, texnoloji riskləri azaldır və yeni həllərin bazara çıxış müddətini qısaldır.

Əzizə Vidadi qeyd edib ki, Strategiyanın uğurlu icrasında əsas drayver tək bir texnologiya deyil, süni intellekt, data, platforma yanaşmaları, bulud infrastrukturu və sınaq mexanizmlərinin inteqrasiya olunmuş şəkildə tətbiqidir. “Bu model texnologiyanı məqsəd deyil, iqtisadi dəyər yaradan alətə çevirərək 2029-cu ilə qədər innovasiya mühitinin keyfiyyətcə yeni mərhələyə keçməsini təmin edəcək”, – deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Yanvar 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri