“Rəqəmsal Media Ayı” çərçivəsində şəbəkələşmə görüşü keçirilib FOTOLAR
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Media və Yayım Şurasının təşəbbüsü ilə keçirilən “Rəqəmsal Media Ayı” çərçivəsində jurnalist və bloger Bikəxanım Məmmədli ilə şəbəkələşmə görüşü təşkil olunub.
Görüş zamanı Bikəxanım Məmmədli rəqəmsal platformalar üçün yaradıcı məzmunun hazırlanması, şəxsi brendin formalaşdırılması və auditoriya ilə effektiv kommunikasiyanın qurulmasına dair fikirlərini bölüşüb. O, həmçinin sosial media sahəsində müasir tendensiyalardan bəhs edərək auditoriyanın maraqlarına uyğun məzmun strategiyalarının hazırlanmasında kreativ yanaşmanın, autentikliyin və ardıcıl fəaliyyətin əhəmiyyətini vurğulayıb.
İnteraktiv formatda təşkil olunan görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sosial media sahəsində mövcud imkanlar, yeni trendlər və məzmun yaradıcılığında praktiki yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, noyabr ayı ərzində müxtəlif hədəf qrupları üçün maarifləndirmə və inkişaf proqramlarının, praktiki təlimlərin, seminarların, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkili nəzərdə tutulur. Proqram çərçivəsində rəqəmsal media trendləri, sosial media platformalarının fəaliyyət prinsipləri, məzmun strategiyalarının hazırlanması, Sİ texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə kimi aktual mövzulara xüsusi diqqət yetiriləcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 12 Noyabr 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















