“Rəqəmsal təhlükəsizlik milli məsələdir”
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan Respublikası Prezidentinin uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi ilə bağlı imzaladığı Sərəncam müasir dövrün çağırışlarından irəli gələn strateji və preventiv qərardır”.
Bunu Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli – xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, rəqəmsal mühitdə uşaqların üzləşdiyi zorakılıq, qeyri-etik məzmun, kiberbullinq və manipulyativ alqoritmlər artıq fərdi problem deyil, milli təhlükəsizlik məsələsi kimi dəyərləndirilməlidir: “Sənəd yalnız məhdudiyyətlərə deyil, sistemli müdafiə mexanizmlərinin qurulmasına yönəlib. Burada texniki filtrasiya, valideyn və müəllim məsuliyyətinin gücləndirilməsi, eləcə də uşaqların rəqəmsal savadlılığının artırılması əsas prioritetlərdir. Məqsəd uşaqları rəqəmsal dünyadan təcrid etmək yox, onları bu mühitdə təhlükəsiz və şüurlu şəkildə fəaliyyət göstərə biləcək bilik və bacarıqlarla təmin etməkdir.”
Günel Elxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 01 Mart 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















