Icma.az
close
up
RU
Rəqəmsal Transformasiya və İslam Maliyyəsində vəsaitlərin əlçatanlığı mövzusunda 19 cu Qlobal İslam Maliyyəsi Forumu keçirilib

Rəqəmsal Transformasiya və İslam Maliyyəsində vəsaitlərin əlçatanlığı mövzusunda 19 cu Qlobal İslam Maliyyəsi Forumu keçirilib

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İslam İnkişaf Bankına üzv ölkələrin ənənəvi illik toplantısı çərçivəsində "Rəqəmsal Transformasiya və İslam Maliyyəsində vəsaitlərin əlçatanlığı" mövzusunda 19-cu Qlobal İslam Maliyyəsi Forumu keçirilib.

APA-nın Əlcəzairə ezam olunmuş əməkdaşı xəbər verir ki, forum çərçivəsində rəqəmsal islam maliyyəsinin poçt xidmətlərinə inteqrasiyası və istiqrazlardan dayanıqlı inkişaf məqsədilə istifadə potensialının öyrənilməsi mövzularında panellər təşkil olunub.

İslam İnkişaf qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir rəhbərik etdiyi qurum islam maliyyəsinin sözügedən banklar qrupuna üzv ölkələrdə dayanıqlı iqtisadi inkişafı təmin edəcəyinə əminliyini bildirib:

"İslam maliyyəsinin rəqəmsal iqtisadiyyata inteqrasiyası bu günün tələbidir. Bu innovativ yenilik islam maliyyəsində yeni imkanların açılmasına xidmət edəcək. İslam maliyyəsinin gələcəyi dayanıqlı və möhkəm əməkdaşlıqdan asılıdır. Texnologiyanın geniş inkişaf etdiyi dövrdə rəqəmsallaşma, maliyyə tranzaksiyalarının etibarlılığının təminatı mühüm önəm daşıyır".

"Bank of Algeria"nın İdarə Heyətinin sədri Eddine Tabel isə diqqəti qlobal iqtisadiyyatın qarşılaşdığı çətinliklərə rəğmən ölkəsinin iqtisadiyyatındakı nisbi sabitliyə və islam bakçılığının qazandırdığı üstünlüklərə yönəldib:

"Əlcəzair bu kimi problemlərin təsirlərini azaltmaq üçün xüsusi proqram hazırlayıb. Hazırda ölkəmizdə 29 bank və maliyyə institutu fəaliyyət göstərir. Biz başa düşürük ki, qlobal dəyişikliklərdən təsirlənməkqaçılmazdır, lakin bunun üçün effektiv tədbirlər proqramı olmaldır. Əlcəzairin bank sistemi dayanıqlı inkişaf üçün müxtəlif alət və proqramlar hazırlayıb. Eyni zamanda ölkəmizdə qanunvericiliyin yeni tələblərə uyğunlaşdırılması üçün çoxsaylı işlər görülüb. Bunun nəticəsində müxtəlif kateqoriyadan olan subyektlərin islam maliyyəsinə əlçatanlığı təmin edilib. Bu işlərin tərkib hissəsi olaraq maliyyə və kreditləşmə sahəsində "Bir pəncərə" sistemi tətbiq edilib. Biz maliyyə mexanizmlərinin təkmilləşdirilməsi üçün İslam İnkişaf Bankı ilə effektiv əməkdaşlıq həyata keçiririk. 2023-cü ildə ölkəmizdə islam maliyyəsi məqsədilə 602 milyon dollar vəsait ayrılıb. Mən hesab edirəm ki, belə tədbirlər islam ölkələri arasında bankçılıq və maliyyə sahəsində əlaqələrin inkişafına kömək edəcək".

Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzov isə həm islam maliyyəsi, həm də poçt xidmətlərinə süni intellektin tətbiqini vacib sayıb:

"Bu günün tələbləri həm rəqəmsal maliyyə, həm də süni intellektin islam maliyyəsi sisteminə inteqrasiyasını zəruri edib. İslam maliyyəsinin xüsusilə rəqəmsal poçt xidmətlərinə inteqrasiyası islam maliyyəsini alətlərinin köməyilə bu xidmətlərin effektiliyini daha da artırmaq üçün biz həm poçt, həm də gömrük xidmətlərində süni intellektin inteqrasiyasını zəruri hesab edirik. Mərkəzi Asiya regionu xüsusilə də qida məhsullarına halal sertifikatlarının verilməsində lider region hesab edilir. Avrasiya İnkişaf Bankı olaraq İslam İnkişaf Bankının Mərkəzi Asiyada islam maliyyəsinin tətbiqində aparıcı platforma olduğu qənaətindəyik".

Tədbir çərçivəsində İslam İnkişaf Bankı tərəfindən hazırlanmış "Mərkəzi Asiyada İslam Maliyyəsinin Gələcəyi" jurnalının təqdimatı olub.

Jurnalda həm ənənəvi, həm də elektron formatda təqdim olunan nəşrdə islam maliyyəsinin qlobal iqtisadi problemlərin həllində rolu, islam mikromaliyyəsi alətləri, xüsusilə də islam bankçılığının qarşılaşdığı problemlər, onların həlli yolları ilə bağlı yazılar dərc edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 May 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri