Icma.az
close
up
RU
II “İslam Maliyyə Forumu 2025” tədbiri keçirilib Həmin dövrdə islam maliyyəsi deyəndə qorxurduq

II “İslam Maliyyə Forumu 2025” tədbiri keçirilib Həmin dövrdə islam maliyyəsi deyəndə qorxurduq

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

23 oktyabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) təşəbbüsü və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə “İslam sərmayəsinin inkişafının əsas istiqamətləri: Qlobal çağırışlar və Azərbaycan üçün yeni imkanlar” mövzusunda II “İslam Maliyyə Forumu-2025” genişmiqyaslı forum keçirilib.

Bizimyol.info xəbər verir ki, 2-ci dəfə keçirilən “İslam Maliyyə Forumu – 2025” tədbiriAzərbaycan Respublikası Mərkəzi Bankının, AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM), AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Türkiyə Katılım Bankalar Birliyinin (TKBB), Sahibkarlar (İşə götürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA), UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzi və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycanın birgə tərəfdaşlığı ilə baş tutub. Həmçinin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov, deputat Ceyhun Məmmədov, layihə rəhbəri, İRÖİB-in sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, iqtisadçı Ruslan Atakişiyev, İslam Bankçılığı üzrə ekspert Anar Yusifzadə, Finans dairəsinin başkanı Dr. Tarık Akın, Türk İslam bankının özəl bankçılıq marketinq və satış qrup müdiri Gürkan Yılmaz, dövlət qurumlarının, ali təhsil müəssisələrinin, maliyyə institutlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, eləcə də Türkiyə və digər İslam ölkələrindən olan ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən Ruslan Atakişiyev iştirakçıları və qonaqları salamlayaraq, tədbirə dəstək olanlara təşəkkürünü bildirib, daha sonra forum haqqında danışıb: “Universitetdə forumun keçirilməsi heç də təsadüfi deyil. Çünki həmişə biz belə tədbirləri müxtəlif mərkəzlərdə, otellərdə təşkil edirdik. Amma universitetdə keçiriləndə müəllimlər, tələbələr bu məsələlər haqda əyani məlumat alır. Burda olan bütün təşkilatlar, aşağı-yuxarı bu işlərdə iş görən qurumlardır. Heç biri təsadüfi deyil. İnşallah III “İslam Maliyyə Forumu”nda da yenə də bir yerdə əməkdaşlıq edəcəyik.

İllər öncə - 2013-cü ildə bu universitetdə konfrans təşkil etdik, “Faizsiz bankçılıq konkransı”. Ora bir çox qonaqlar da gəlmişdi. Çıxış edən rəhbər əsas tərəfdaşlardan biri idi və deyirdi ki, "islam maliyyə alətləri deyirik, amma islamla heç bir əlaqəsi yoxdur". O vaxt rəhmətlik professor Quliyev Tofiq müəllim deyirdi ki, "niyə islam sözünü deyəndə qorxursunuz?" Həmin dövrdə biz islam maliyyəsi deyəndə həqiqətən qorxurduq.

Türkiyə Katılım Bankalar Birliyinin (TKBB) Yönetim Başkanı əziz dostum Osmanla birlikdə parkın kənarı ilə gəzərkən dedi ki, "siz İslam bankçılığı deməyin, biz Türkiyə təcrübəsində “katılım” (faizsiz bankçılığın inkişafını dəstəkləmək, şəffaf və rəqabətli şəkildə fəaliyyətini təmin etmək) deyirik. Siz də məsələn: bir ortaqlıq deyin". Dedim ki, "Osman dünyada bunu islam bankçılığı kimi tanıyırlar, sonra biz bunu qoyacağıq, indi gəl sonra sübut et ki, bu beynəlxalq aləmdə olan islam bankçılığıdır". Amma bu gün şükürlər olsun, həqiqətən bizə qəribə gəlir, amma bu gün Mərkəzi Bankın dövlət proqramına rəsmi sənədlərdə, hətta digər qurumların sənədlərində artıq İslam Bankçılığı və İslam maliyyəsi açıq şəkildə göstərilir. Bu, bir daha sübut edir ki, İslam Maliyyəsinə bir maliyyə ayrılıbdır. İnklüzivlikdir və bu, bizim Azərbaycanın inkişafına daha da töhfə verəcəkdir. Dünyada həqiqətən islam maliyyəsi inkişaf edir. Yəni son rəqəmlər 5 trilyon dolları göstərirsə, artıq bu ilin sonuna 7 trilyon olması gözlənilir. Təsəvvür edin ki, illik 21 % artıma gəlib çıxır”.

Ruslan Atakişiyev

Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov: “Azərbaycan Dövlət İqtisad Universitetində uzun illərdi onların mərkəzi var, “İslam İqtisadiyyatı və Maliyyəsi Mərkəzi”. Ruslan müəllim uzun illərdi bu işlərlə məşğul olur. Bu işdə biz dəstək olmalıyıq, bu prosesdə gecikməməliyik”.

Ceyhun Məmmədov

Məruzəçilər İslam maliyyəsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yaşıl sərmayənin təşviqi və Azərbaycanda islam maliyyə mexanizmlərinin inkişafına dair yeni təşəbbüslərin müzakirəsi baxımından mühüm platforma rolunu oynadığını vurğulayıblar.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Oktyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri