Icma.az
close
up
RU
“Rəqəmsallaşma və Qanunvericilik” mövzusunda hibrid vebinar keçirilib

“Rəqəmsallaşma və Qanunvericilik” mövzusunda hibrid vebinar keçirilib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Rəqəmsallaşma və Qanunvericilik” mövzusunda hibrid vebinar keçirilib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vebinarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Rahid Ələkbərli mövzunun əhəmiyyətdən danışıb. Rəqəmsal cəmiyyət quruculuğu, rəqəmsallaşmanın sosial-iqtisadi aspektləri, rəqəmsal təhlükəsizlik eləcə də, rəqəmsallaşmanın gündəlik həyatımıza göstərdiyi təsirdən danışaraq bildirib ki, rəqəmsal texnologiyaların müasir dünyamızın inkişafındakı rolu danılmazdır. Bu məqsədlə muxtar respublikada da bu sahənin sürətli inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Həmçinin vebinarda açılış nitqi söyləyən Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin vəzifəsini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov çıxışı zamanı vurğulayıb ki, konstitusiya, bir ölkənin düzgün idarəetmə formasını, vətəndaşların hüquq və azadlıqlarını təmin edilməsində böyük rola malikdir. Bu sənəd müstəqil dövlət anlayışının hüquqi ifadəsidir.

Daha sonra vebinarda hər iki nazirliyin əməkdaşları “Rəqəmsal inkişaf və dövlət”, “Tarixin izi ilə, Ali qanunun hazırlanması və Konstitusiya anlayışlar-mahiyyət”, “Konstitusiya nəzarət mexanizmi və normayaratma prosesində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin rolu”, “Suverən Azərbaycan Respublikası” və “Ədliyyə fəaliyyəti konstitusion əsasda, Konstitusiya və suverenlik hüquqi dövlət nəzdində” mövzularında təqdimatlar edib və interaktiv müzakirələr keçiriblər.

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində istehsalat təcrübəsi keçən tələbələrin və “Rəqəmsal” könüllülərin də iştirak etdiyi vebinarda çıxışlar zamanı rəqəmsal texnologiyaların tətbiqi yolu ilə dövlət idarəetməsinin təkmilləşdirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və rəqəmsal mühitə keçidin o cümlədən, rəqəmsal savadlılığın artırılması, kibertəhlükəsizlik, süni intellekt və innovativ yeniliklərin qarşıya qoyduğu əsaslı çağırışlardan bəhs ediblər.  Həmçinin vebinarda konstitusiya normalarının tətbiqi, normayaratma prosesləri və suverenliyin müasir çağırışlara uyğun qorunması mövzusunda fikirlərini bölüşüblər.

Vebinarda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü ildə imzaladığı Sərəncama əsasən, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib və bu çərçivədə müvafiq tədbirlərin keçirilməsi davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri