Rəqib risk etdi və biz boşluqlardan düzgün yararlandıq Qurban Qurbanov
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rəqib risk etdi və biz boşluqlardan düzgün yararlandıq.
"Ölkə.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Səbail"ə qarşı Misli Premyer Liqasının XXII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
O, böyük hesabla qalib gəldikləri görüş barədə danışıb:
“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Qarşımızda düzgün və fəal müdafiə olunan kollektiv var idi. “Səbail”lə kubok matçında da bunun şahidi olmuşduq. Əlbəttə ki, bu cür oyun sxemini sona qədər qoruyub saxlamaq da asan deyil. İlk qoldan sonra oyun dəyişdi. Rəqib risk etdi və biz boşluqlardan düzgün yararlandıq. Komandanı dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm”.
Mütəxəssis braziliyalı futbolçu Kadi Borgesin dönüşünə də münasibət bildirib:
“Kadi öz komandasına qayıdıb. Kollektivə uyğunlaşma problemi olmayacaq. Sadəcə, idman formasından bir az uzaqdır. İnanıram ki, qarşıdakı bir ay ərzində onu əvvəlki formasına qaytara biləcəyik. Kadi həm kollektiv içində, həm də azarkeşlər arasında sevilir. Belə oyunçuların komandamızda olması hamımız üçün müsbətdir”.
Qurban Qurbanov Misli Premyer Liqasının XXIII turunda “Neftçi”yə qarşı keçiriləcək səfər oyununa da toxunub:
“Qarabağ”la “Neftçi”nin oyunu Azərbaycan futbolunda böyük derbidir. “Neftçi”nin stadionunda yaxşı futbol ab-havası var. Orada oynamaq həmişə xoş olur. İnanıram ki, hər iki komanda azarkeşləri razı salmaq üçün baxımlı oyun göstərəcək”.
Qeyd edək ki, XVII turun görüşündə "Qarabağ" evdə "Səbail"ə 5:0 hesabı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 11 Fevral 2025 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















