Icma.az
close
up
RU
Rəqiblərinə xal vermədən Avropa çempionu olan güləşçi: “Hədəflərim çox böyükdür”

Rəqiblərinə xal vermədən Avropa çempionu olan güləşçi: “Hədəflərim çox böyükdür”

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Avropa çempionatında əsas məqsədim çəkdiyim əziyyətlərin bəhrəsini görmək və bayrağımızı ucaltmaq idi”.

Bu sözləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov deyib.

70 kq çəki dərəcəsində mübarizə aparan idmançı qələbənin komanda yoldaşları və məşqçilər heyətinin böyük əməyi hesabına qazanıldığını bildirib.

“Bu mötəbər yarışa komanda şəklində çox ciddi və uzun müddət hazırlaşmışdıq. Şükürlər olsun ki, çəkdiyimiz əziyyətlər yerdə qalmadı və gözlədiyimiz nəticəni əldə etdik. Komandamız ümumilikdə səkkiz medal qazandı, cəmi iki idmançımız fərdi səhvlər ucbatından mükafatçılar sırasına düşə bilmədi. Şəxsi çıxışıma gəldikdə, təxminən üç-dörd il əvvəl də Avropa çempionu olmuşdum, bu dəfə isə ikinci dəfə qızıl medala sahib çıxdım. Hədəflərim çox böyükdür. Qazandığım qələbəni Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr edirəm”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Rəqiblərinə xal vermədən Avropa çempionu olan Hacı Kərimov bildirib ki, uğurun əsas səbəbi məşqçinin tapşırıqlarına düzgün əməl etməsi olub:

“Əsas tapşırıq o idi ki, xal fərqindən asılı olmayaraq, dayanmadan yalnız öz güləşimi nümayiş etdirim. Mən də bu taktikanı tam yerinə yetirdim və şükürlər olsun ki, rəqiblərimə xal vermədən qalib gəldim. Qarşılaşdığım idmançılar kifayət qədər tanınmış və güclü rəqiblər idi. Fransa, Rusiya və digər güclü güləş məktəblərinin nümayəndələri ilə qarşılaşdım”.

Yarış ərzində ciddi çətinliklə üzləşmədiyini deyən güləşçi yalnız bir görüşdə daha ehtiyatlı davrandığını qeyd edib:

“Açığı, turnirdə mənim üçün böyük çətinlik yaradan elə bir görüş olmadı. Yalnız Rusiya təmsilçisi ilə qarşılaşmada bir az daha ehtiyatlı güləşirdim. Çünki rusların bu idman növündə hegemonluğu var və onlara qarşı hər an diqqətli olmaq lazım gəlir. Həmin görüşü də uğurla başa vurdum və komandamızın aktivinə növbəti qızıl medalı yazdırdım”.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş millisi iki qızıl, iki gümüş və dörd bürünc medal qazanıb və 170 xal toplayaraq komanda hesabında Rusiyadan (194) sonra ikinci yeri tutub. Yığma bu nəticə ilə iki rekordu yeniləyib. Belə ki, gənclərdən ibarət milli komanda medalların sayına və topladığı xala görə özünün ən yaxşı nəticəsinə imza atıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 İyul 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri