Rəqsanə yenidən həbs ediləcək? Sədiə Bəkirqızı məhkəməyə verir
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasındakı qalmaqal səngimək bilmir. Səidə Bəkirqızı Rəqsanənin “body” geyimdə etdiyi fotosessiyanı sərt şəkildə tənqid edib. Bunun ardınca Rəqsanə İsmayılova sosial şəbəkələrdə aparıcının şəxsi həyatı ilə bağlı iddialar səsləndirib, eyni zamanda Səidə Bəkirqızının atasına ünvanlanan təhqiramiz ifadələr işlədib. Səidə Bəkirqızı isə bu məsələyə görə onu məhkəməyə verəcəyini açıqlayıb.
Bu barədə Demokrat.az aparıcı Səidə Bəkirqızı ilə əlaqə saxlayıb.
Aparıcı saytımıza açıqlamasında bildirib ki, artıq hüquqi addım başlayıb:
“Məsələ ilə bağlı qalmaqal yaratmamışdım, sadəcə faktları ortaya qoymuşdum. Jurnalist mövqeyimi ifadə etmişdim və bunu edərkən heç kəsi təhqir etməmiş, nə atasını, nə anasını, nə də şəxsiyyətini alçaltmamışdım. Müxtəlif mövzularda dəfələrlə jurnalist mövqeyimi açıq şəkildə ortaya qoymuşam. Lakin o, məni təhqir etdiyi, barəmdə böhtan və ağır ittihamlar səsləndirdiyi və bunları sosial şəbəkələrdə yaydığı üçün artıq hüquq-mühafizə orqanlarına müraciət etmişəm”.
O deyib ki, bu gündən etibarən məhkəmə proseslərinə başlanılacaq:
“Onunla yalnız hüquqi müstəvidə, Azərbaycan qanunlarına əsaslanaraq danışacağam. Sosial şəbəkələrdə ona heç bir cavab verməyəcəyəm. Ancaq haqqımda yayılan bütün yalan məlumatlara, atamın və babamın təhqir olunmasına, övladlarımın alçaldılmasına, eləcə də keçmişimlə bağlı yayılan əsassız iddialara görə o, qanun qarşısında cavab verəcək. Xüsusi olaraq qeyd edim ki, bu məsələ nə üzr istəməklə, nə də hər hansı təzminatla bağlanacaq. Mən birmənalı şəkildə onun həbs olunmasını tələb edəcəyəm, çünki bu, açıq-aşkar böhtan və təhqir faktıdır”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Səidə Bəkirqızı yenidən “SpaceTV”yə QAYIDIR ÖZƏL
19 Sentyabr 2025 15:35
Səidə Bəkirqızı yenidən efirdə: detalları özü açdı
22 Sentyabr 2025 10:45
Səidə Bəkirqızı yenidən Space TV dən getdi
25 Dekabr 2025 15:21
Səidə Bəkirqızı qəzaya düşdü
06 Yanvar 2025 10:15
Pərvanə Bəkirqızı vəfat ETDİ
13 Fevral 2025 17:42
Baxış sayı:95
Bu xəbər 26 Yanvar 2026 13:23 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları