Icma.az
close
up
RU
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”

Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun matçında Çexiya ilə 1:1 hesablı heç-heçə edib.

QOL.az sportal.az-a istinadən xəbər verir yığmamızın baş məşqçisi Rəşad Eyyubov matçdan sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırıb:

İntensivliyi yüksək olan oyun keçirdik. Hiss edirdim ki, uşaqlara çətindir. Çünki oyun praktikasında çatışmazlıqlar var idi. Əsas odur ki, yaxşı nəticə əldə etdik.

- İlk oyunda bu rəqibə səfərdə 0:5 hesabı ilə məğlub olmuşduz. Nəyi dəyişə bildiz?

- Birinci oyundan 3-4 gün əvvəl milliyə gəlmişdim. Uşaqların çoxusunu yaxşı tanımırdım. Bu oyun bizim üçün tam fərqli oldu. Top rəqibdə olarkən başqa cür oynayırdıq.

- Əsas millidən olan futbolçular burada olsaydı, qələbə qazana bilərdiz?

- Uda da bilərdik, uduza da. Dəqiq cavab verə bilmərəm.

- Ayxan Abbasovdan həmin uşaqların U-21-də olmasını istəmişdiz?

- Rüfət, Edqar, Oruc, Rəvan öz oyunları ilə əsas milliyə layiq olduqlarını göstərirlər.

- Qarşıdakı oyunlardan gözləntiləriniz nədir?

- Proqnoz verməyi xoşlamıram. Oyunlara hazır olmalıyıq. 3-4 gün ərzində oyunçuları bərpa etməli və yaxşı oyun göstərməliyik.

- Lorentso Mezotteronun oyunundan razısınız?

- Bəli, razıyam. Birinci toplanışa baxanda indi oyun tərzini daha yaxşı başa düşür.

- Bundan sonrakı hədəf nədir?

- Tariximizdə ən çox 9 xal toplamışıq. Bu nəticəni yaxşılaşdırmaq istəyirik.

- Nəriman Axundzadənin çıxışından razı qaldız?

- Tam razı qaldım. Toplanış zamanı özünü çox peşəkar aparırdı. İnanıram ki, növbəti oyunlarda da bizə xeyir verəcək.

- Aşağı yaş qruplarından U-21-ə namizəd oyunçular var?

- İzləyirik. Təəssüflər olsun ki, azdır.

- Legioner limitinin ləğv edilməsi buna təsir edir?

- Əlbəttə edir. Amma mən hər bir limitə qarşıyam. Düşünürəm ki, kim yaxşıdırsa, o da oynamalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://qol.az
archiveBu xəbər 25 Sentyabr 2026 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri