Icma.az
close
up
RU
Rəşad Məcid: Leyla xanımın sosial şəbəkədəki bu paylaşımını görəndə...

Rəşad Məcid: Leyla xanımın sosial şəbəkədəki bu paylaşımını görəndə...

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

İki gün öncə müğənni Albina Pyakşevanın Meksika-ABŞ sərhəddini keçərkən faciəvi şəkildə dünyasını dəyişməsi barədə xəbər yayıldı. Bu informasiyanı mediaya ötürən isə “Caz dünyası” jurnalının baş redaktoru Leyla xanım Əfəndiyeva idi. Daha sonra Leyla xanım bu informasiyanın doğru olmadığını, Albina Pyakşevanın salamat olduğunu elan etdi, bu feyk xəbərin yayılmasından ciddi narahatlığını və təəssüfünü ifadə etdi. O, xəbərin feyk olduğu ortaya çıxandan sonra media subyektlərinin bu informasiyanı silmədiklərinə görə qınadı.

Mətbuat Şurasının sədri Rəşad Məcid bu hadisəylə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Kulis.az həmin paylaşımı təqdim edir.

Caz festivalının icraçı direktoru, “Caz dünyası” jurnalının baş redaktoru Leyla xanım Əfəndiyevanın dərin narahatlıq içərisində jurnalistlərə etdiyi müraciətini oxudum və bu barədə bir neçə söz deməyi özümə borc bildim.

Məsələ bu günlərdə Leyla Əfəndiyevanın sosial şəbəkədə azərbaycanlı müğənni, “I am Jazzman” yarışmasının finalçısı Albina Pyakşevanın Meksika-ABŞ sərhəddini keçərkən faciəvi şəkildə dünyasını dəyişməsi barədə sonradan təsdiqini tapmayan başsağlığı tipli xəbər yaymasından sonra başlayıb. Leyla xanımın sosial şəbəkədəki bu paylaşımını görəndə gənc müğənninin faciəli ölümündən mən də dərin kədər hissi keçirmiş, bərk təəssüflənmişdim. Xəbər yayılar-yayılmaz bir sıra fəal sosial şəbəkə istifadəçisi tez-tələsik öz hiddət və qəzəbini bildirən status yazmışdı. Eyni zamanda bir sıra tanınmış media subyekti də Leyla Əfəndiyevanın bu xəbərini yaymış, məsələyə münasibət bildirmişdi. Lakin çox keçmədən aydın oldu ki, yayılan xəbər təsdiqini tapmır. Bundan sonra Leyla Əfəndiyeva da bu feyk xəbərin yayılmasından ciddi narahatlığını bildirdi, məyusluq içərisində öz təəssüfünü ifadə etdi.

Leyla Əfəndiyeva tanınmış şəxsdir, bir media subyektinə rəhbərlik edir, jurnalistlərlə mütəmadi təmasda olur. Onun müraciətindəki narahatçılığı təbii ki, tamamilə anlayışla qarşılayırıq. Amma eyni zamanda bir məqamı da vurğulamaq lazım gəlir: baş verən bu hadisə bir daha göstərir ki, müəyyən ictimai öhdəlikləri olan tanınmış şəxsindən tutmuş ən sıravi vətəndaşına qədər hər bir fərd sosial şəbəkədə öz məsuliyyət hissini həmişə gözləməlidir.

Leyla Əfəndiyevanın yazdıqlarının doğruluğuna, dəqiqliyinə təbii ki, bizim jurnalistlər də, media subyektləri də inanıblar və daşıdığı ictimai status media təmsilçilərində onun yaydığı xəbərin səhihliyinə əminlik yaradıb. İndi Leyla Əfəndiyeva feyk olduğu ortaya çıxandan sonra media subyektlərini bu xəbəri silmədikərinə, onu öz səhifələrində saxlamaqla o ailəyə dərin kədər bəxş etməkdə davam etdiklərinə görə qınayır. Leyla xanım qınağında onu da vurğulayır ki, media subyektləri nəyə görə mədəniyyətlə bağlı paylaşımlara diqqət ayırmırlar, amma belə bir bəd xəbəri yaymaqda fəallıq göstərirlər? Qeyd edim ki, bu məqam neçə illərdir bizim medianın ən ciddi problemlərindən biri olaraq qalır. Hələ 2013-cü ildə cənab Prezidentin Azərbaycanın media rəhbərləri ilə görüşü zamanı çıxış edərkən mən də bu məsələyə toxunmuş, bizim saytlardan birinin bir şairin ölümü barədə yazdığı yalan xəbəri xatırlatmış, o yalan xəbərin yayılmasının üstündən iki il vaxt keçdiyini, amma o şairin hələ də həyatda olduğunu söyləmiş, həmkarlarıma bəd xəbərlər yaymağa tələsməməyi tövsiyə etmişdim. O vaxt dediklərim mediaya ünvanlanmış səmimi, təəssübkeş bir çağırış idi.

Artıq sosial media istifadəçilərinin də xəbər yayıcılarına çevrildiyi indiki vaxtda isə hər kəsin, xüsusən də cəmiyyətdə tanınan, ictimai məsuliyyətli şəxslərin hər hansı bir xəbər, məlumat paylaşarkən daha çox diqqətli olması çox vacibdir. Niyə məhz bu tipli xəbərlərin daha tez yayılmasına gəlincə, qeyd etməliyik ki, bu gün jurnalistikada, xüsusən də sosial mediada xəbər yayarkən o xəbərin daşıdığı ictimai yükdən əvvəl, onun yarada biləcəyi hay-küyə, sensasiyaya, qışqırtıya daha çox önəm verilir. İstəsək də-istəməsək də, media diqqəti cəlb etmək üçün belə hay-küylü, belə “qeyri-adi” xəbərlər yaymaqda həmişə maraqlı olub. Bu mənada həm indi baş verən hadisənin yaratdığı narahatlıq, həm də Leyla xanımın bu narahatlıqdan doğan müraciəti saxta xəbərlərin çoxaldığı indiki dövrdə hər kəsi dediyi hər kəlmənin, yazdığı hər sözün məsuliyyətini maksimum dərəcədə anlamağa vadar edir.

Xatırlatmaq istərdim ki, “Media haqqında Azərbaycan Respublikasının Qanunun”da ilk dəfə anlayış verilmiş media savadlılığı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olmanı, tənqidi dəyərləndirməni özündə ifadə edir. Hər yayılan xəbərin doğruluğuna inanmamaq media savadlığının tələbidir. Bu anlayış bütün tanınmış şəxslərdən, sosial şəbəkə istifadəçilərindən də böyük məsuliyyət tələb edir.

Bütün bunları xatırladaraq baş verən bu son hadisəyə görə dərin təəssüfümüzü bildirir, ilk növbədə medianın belə məsələlərdə daha həssas olmasını arzulayırıq. Eyni zamanda, Leyla xanım Əfəndiyevanın şəxsində bütün sosial şəbəkə istifadəçilərini, o cümlədən ictimaiyyətin tanıdığı, sözünə inam bəslədiyi kəsimi belə xəbərlər yayarkən tələsməməyə və təmkinli olmağa dəvət edirik.

“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” layihəsinin icrasına başlanıldı "Nobel"dən imtina edən yazıçıların ən məşhur əsərləri - Siyahı Nadir İsrafilov dünyasını dəyişdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 İyul 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri