Icma.az
close
up
RU
Rəşad Sadıqov: Bizə Fənərbaxça dan rəsmi təklif gəlməyib

Rəşad Sadıqov: Bizə Fənərbaxça dan rəsmi təklif gəlməyib

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Zirə" Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür edirəm. "Turan Tovuz" çox yaxşı komandadır, onlara qarşı oynamaq çətindir. Ağır oyun oldu. Olduqca vacib 3 xal qazandıq. Sıx qrafikdən keçirik. Bəlkə də ən çətin qrafik bizdədir. 4 gün sonra "Səbail"lə oyunumuz var. Tez bir zamanda həmin matça hazırlaşmalıyıq.

- 3-cü dueldə Kurban Berdiyevi məğlub edə bildiniz. Qələbənin açarı nə idi?

- Futbolçuların əzmkarlığı və oyun intizamı əsas məqam idi. Burada oynamaq çox çətindir. Rəqib son 15 dəqiqədə önə atıldı. Onların uzun ötürmələrində səhvsiz oynadıq. Çempionatda heç kim bu sistemlə oynamır. Bir komandaya qarşı xüsusi hazırlaşmaq asan deyil. Futbolçularım əllərindən gələni etdilər.

- İssa Cibrilla şans qazandığı oyunlarda etimadı doğruldur. Onunla bağlı fikirləriniz necədir?

- Məqsəd İsayev və İssa bizim əsas oyunçularımızdandır. Rəqibə və limitə uyğun rotasiyalar edirik. Başqa rəqib olsaydı, bu gün onların ikisi də eyni anda meydanda olmayacaqdı. Məndə 11 əsas futbolçu deyə bir şey yoxdur. Bütün futbolçulara bu şəkilədə yanaşmağa çalışırıq. Belə məqamlarda faydasını görürük.

- Tiaqo Silvanın əsas heyətdə yerini itirməsinin səbəbi nədir?

- Heç bir problem yoxdur. Dəfələrlə demişəm, yenə deyirəm. Aydın yaxşı performans göstərir. Amma bizim 1 nömrəli qapıçımız Tiaqodur. Limitə görə onu oynada bilmirəm. Tiaqo özü də bu durumu başa düşür. O, komandanın liderlərindən biridir.

- "Sabah" - "Araz-Naxçıvan" matçında hansı nəticənin qeydə alınmasını istəyirsiz?

- Mənim nəsə deməyim düzgün olmaz. Həmişə qələbəyə köklənirik. Xeyirlisi nədirsə, o da olsun. Hər ikisi ölkə futbolunun aparıcı komanlarındandır. Maraqla oyuna baxacam.

- Salifu Sumaya həqiqətən də "Fənərbaxça"dan təklif gəlib? Sizə elə gəlmir ki, futbolçunun meneceri belə xəbərlərin çıxmasında maraqlıdır?

- Bizə "Fənərbaxça"dan rəsmi təklif gəlməyib. Mən də səhifələri izləyirəm. Salifu barədə xəbərlər çoxdur. Amma bunların əksəriyyəti həqiqəti əks etdirmir. "Dinamo"dan (Kiyev) təklif almışdıq. Yaxın zamanda transfer gözlənilmir. Ən yaxşı halda yayda ola bilər. Onun agenti ilə Bakıda görüşmüşəm. O da Salifunun bizdəki çıxışından məmnundur. Hamısı işin içində olan məqamlardır. Vacib olan odur ki, futbolçu bu situasiyada özünü yaxşı idarə etsin, oyunlara yaxşı köklənsin.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://sportal.az
archiveBu xəbər 04 Mart 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri