Icma.az
close
up
RU
Rəşad Sadıqov: “Gündəmdə 4 5 transfer var”

Rəşad Sadıqov: “Gündəmdə 4 5 transfer var”

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının II turunda öz meydanında “İmişli”yə 3:1 hesabı ilə qalib gələn “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə qələbəni şərh etdi:

– Gərgin və maraqlı qarşılaşma izlədik. Xüsusilə ikinci hissədə çox sürətli futbol oynanıldı. Bizim üçün vacib 3 xal idi. Oyunun ssenarisi “Payde” ilə matçı xatırladırdı. Hesabda öndə olduğumuz halda real imkanları boşa verdik. Futbolçularımın göstərdiyi reaksiya məni çox razı saldı. Sona qədər inandılar, soyuqqanlılığı qoruyub əzmkar mübarizə apardılar. Hücuma çıxmağa davam etdilər və yekunda vurduğumuz qol məsələyə nöqtə qoydu. Söhbət hesabın 2:1 və ya 3:1 olmasından getmir. Hətta 2:1 ikən komandanın arxaya çəkiləcəyini düşündüm, lakin yetirmələrim müdafiəyə qapanmadı, irəli atılaraq rəqibi səhv etməyə məcbur qoydu. Sonda bizim üçün çox önəmli qələbəni təmin etdik.

– Qismət Alıyevın artıq iki oyundur ki, ehtiyatda qalmasına səbəb nədir?

— Bu, mövsümün əvvəlində planlaşdırdığımız seleksiya strategiyasının tərkib hissəsidir. Uzun illər sağ cinahda yalnız Qismət oynayırdı və zədələr zamanı əziyyət çəkirdik. Eyni vəziyyət İsa Cibrillaya da aid idi. Hazırda isə əlimizdə 3 cinah müdafiəçisi var və mövsüm ərzində rotasiyalardan istifadə edəcəyik. Qismət avrokuboklarda 4 əla oyun keçirdi, onun ehtiyatda qalması kiminsə ondan üstün olması demək deyil. Keçirilən matçlar üçün planımız belə idi. Növbəti rəqibləri təhlil edib ona uyğun qərar verəcəyik. Qismət sonradan daxil olduğu hər iki oyunda əzmkarlıq nümayiş etdirdi və komanda üçün nə dərəcədə vacib fiqur olduğunu göstərdi. Ümumiyyətlə, sezon uzundur. Keçən mövsüm bəzi mövqelərdə məcburiyyətdən orada çıxış etməyən futbolçuları oynadırdıq. İndi də heyətimiz kasaddır, yeni transferlər üzərində işləyirik.

– Yaxın günlərdə heyətə qatılması gözlənilən oyunçu var?

– Bəli, hətta şifahi razılıq əldə etdiyimiz futbolçu da var. İndi 5–6 namizədlə danışıqlar aparırıq. Gündəmdə 4–5 transfer var, amma prosesin necə yekunlaşacağını zaman göstərəcək.

— Transfer gündəmində Premyer Liqadan olan futbolçular var?

— Xeyr, danışıq apardığımız oyunçuların hamısı xarici çempionatların təmsilçiləridir.

Ayxan Zayıdzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Avqust 2026 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see381

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see368

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see340

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see338

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see304

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see300

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see289

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see216

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see213

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see207

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see202

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see202

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see200

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see190

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see190

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see185

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri