Rəşad Sadıqov: “Hər iki komanda baxımlı futbol oynamağa çalışırdı”
Icma.az, Apasport portalına istinadən məlumat verir.
"Zirə" Misli Premyer Liqasının VII turu çərçivəsində doğma meydanda "Neftçi" ilə 2:2 hesablı heç-heçə edib.
Apasport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb:
"Futbolçularıma təşəkkür etmək istəyirəm. Yüksək səviyyədə oyun keçirdilər. Komandamdan keyfiyyətli oyun gördüm. Keçən ilki oyuna bənzədi. Sonluq çox drammatik alındı. 100 faizli qol epizodu bizdə idi. Topun qapı xəttinin keçib-keçmədiyini bilmirəm. Futbolçularım irəli atıldı, penalti ilə hesabı bərabərləşdirdik. Hər iki komanda baxımlı futbol oynamağa çalışırdı. Meydançanın səviyyəsi də yaxşı idi. Belə olan halda, oyunların keyfiyyəti də başqa səviyyədə keçir. Futbolçularıma layiq olduqları 3-4 gün istirahəti verdik. Daha sonra toparlanıb, növbəti oyuna hazırlaşacağıq. İron Qomisin qırmızı vərəqəsi bizi məyus etdi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 03 Oktyabr 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















