Icma.az
close
up
RU
Rəşad Sadıqov: Kiçik üstünlük qazandıq

Rəşad Sadıqov: Kiçik üstünlük qazandıq

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Zirə" Avropa Liqası I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şerif"i 1:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Hər iki komanda üçün Avropa mövsümünün başlanğıcı üçün xarakterik ilk oyun idi. Adətən bu oyunlar belə gedir, çoxlu mübarizə olur.
Heç bir komanda qol buraxmaq istəmirdi. Sonda qol vuraraq qalib gəldik və cavab görüşü öncəsi kiçik üstünlük qazandıq. Ancaq bu, qarşıdurmamızın yalnız birinci yarısıdır. Bizi Bakıda çox vacib və çətin oyun gözləyir".
42 yaşlı mütəxəssis havanın istiliyini qabartmaqla yanaşı, növbıti görüş üçün rəqiblərin bir-birini daha yaxından tanıdığını da qeyd edib: "İndi hər iki komandanın bir-biri haqqında daha çox məlumatı var, ona görə də daha hazırlıqlı olacaqlar. Açığı, bu gün çox isti idi və komandaların dinamik oynamağı çətin idi. Amma biz bir az daha dəqiq idik. Yenə deyirəm, Bakıda bizi hələ ikinci yarı gözləyir. Matçın sonunda fiziki hazırlıq öz sözünü dedi. Bərabər oyun idi və rəqib qol vursa belə, təəccüblənməzdim. Evdə kimə qarşı oynayacağımızı başa düşürük".
Sonda Sadıqov fasilədən sonrakı əvəzetmələr və debütantlara da toxunub:" İkinci hissədə hücum xəttini gücləndirmək fikrimiz var idi. Rəqib də dəyişikliklər etdi, biz də. Bizdə bir az uğurlu alındı. Hər iki komanda fərqlənə bilərdi. Bugünkü performansdan asılı olmayaraq yeni oyunçulardan razıyam. Komandaya nə vaxt tam uyğunlaşacaqlarını zaman göstərəcək. Düşünürəm ki, mütləq şəkildə artırmalıyıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sport24.az
archiveBu xəbər 29 Sentyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri