Icma.az
close
up
RU
Rəşad Sadıqov: Qarabağ la oyundan 1 xalla ayrılmaq olardı

Rəşad Sadıqov: Qarabağ la oyundan 1 xalla ayrılmaq olardı

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Zirə" Misli Premyer Liqasının 29-cu turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizim üçün ağır oyun oldu. "Qarabağ"a qarşı oyunlar asan keçmir. Rəqib bu gün ən güclü heyəti ilə çıxış edirdi. Bu, işimizi daha da çətinləşdirirdi. Futbolçularım yaxşı mübarizə apardılar. Matç rəqibin üstünlüyü ilə keçirdi. Bunu oyundan əvvəl də bilirdik. Etibarlı müdafiə olunaraq, daha çox əks-hücumlara bel bağlayırdıq. Futbolçularımdan razı qaldım. Beşinci oyundur ki, "Qarabağ" standart vəziyyətdən bizə 9-cu qolu vurur. Bunun qarşısını ala bilmirik. Futbolçularımı təbrik edirəm. İnanırdılar, mübarizə aparırdılar. Çox yaxın idik bərabərliyə. Bu gün buradan məğlub hissi ilə ayrılmıram. Bərabərliyə layiq idik. Qarşıdakı matçlara baxacağıq, var gücümüzlə vacib görüşlərə hazırlaşacağıq.

- Penaltini qaçıran futbolçunu bağışlamaq olar?

- Niyə olmur? Özüm də qaçırmışam, usta futbolçular da qaçırıb. Başqa epizodlar da var idi ki, qaçırdıq. Oyunumuz bir penalti ilə bağlı deyildi. "Qarabağ" böyük təzyiqlə oynayır. Buradan 1 xalla ayrılmaq olardı. Futbolçularımı məğlub olmamış kimi görürəm. 

- Ötən mövsüm avrkuboklarda gördük ki, penaltini vurmaqda çətinlik çəkən oyunçular var. Bununla bağlı xüsusi məşqlər keçirsiz?

- Penaltinin xüsusi məşqi yoxdur. Məşqlərdə 10 penaltini vururdum. Amma oyun zamanı böyük həyəcan olurdu. Qismət yaxşı zərbə vurdu. Son dəqiqələr idi, bəlkə təzyiq var idi. Qismət komandada kritik və uğurlu penaltilər yerinə yetirib. Penalti üzərində çox dayanmaq istəmirəm.

- Bu mövsüm Yusuf Lavalı görə biləcəyik?

- Müalicəsi gedir. Ola bilsin ki, son turlara yetişsin. Necə hazır olacaq, onu zaman göstərəcək. Əməliyyat edilib, bərpası gedir.

- "Zirə" yaranandan bu günə qədər ən yaxşı formasındadır. Son matçlarda stabil oynayırsız. Bu stabilliyi sona qədər saxlamaq olacaq?

- Zaman göstərəcək. Stabil oynamamışıq. 1-ci dövrənin sonu, 2-ci dövrənin əvvəlində uğursuzluq var idi. Çempionatımızda qələbə qazanmaq çətindir. Bundan sonrakı matçlar vacibdir. Hər oyunda güc sərf etməliyik. Mənim üçün vacib olan oyunun stabilliyidir. Gələcəklə bağlı danışmaq çətindir. 

- Gedişat onu göstərir ki, avrokuboklara gedəcəksiz. Bu heyət avrokuboklar üçün yetərlidir, yoxsa əlavələr olmalıdır?

- Bir şey bitməmiş, rəsmiləşməmiş o mövzuları danışmıram. Doğru olmaz. Avrokuboklara vəsiqəni təmin etdiyimizi deməzdim. Evdə güclü rəqiblərlə oynayacağıq. Heç bilmirəm avrokubokların birinci oyunu nə vaxtdır. Ona da baxmamışam. Allah nəsib edər düşərik, sonra bu haqda danışarıq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sportal.az
archiveBu xəbər 06 Aprel 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri