Rəşad Sadıqov Qurbanovdan xahiş etdi: O futbolçunu istəyir
Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ”ın aparıcı üzvü “Zirə” klubunda çıxış edə bilər.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Kevin Medinadan gedir. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”ın kolumbiyalı müdafiəçisini heyətində görmək istəyir.
Təcrübəli mütəxəssis kolumbiyalının transferi ilə müdafiə xəttinin güclənəcəyini düşünür. Sadıqov artıq Medina üçün Qurban Qurbanova müraciət edib.
“Zirə”nin çalışdırıcısı onu bir illik icarəyə götürmək istədiyini bildirib. Qurban Qurbanov həmkarından düşünmək üçün vaxt istəyib.
Ağdam klubunun baş məşqçisi yaxın günlərdə transferlə bağlı konkret qərarını verəcək.
Xatırladaq ki, Medinanın “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Fərid Nəsibov
Baxış sayı:131
Bu xəbər 26 İyun 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















