Icma.az
close
up
RU
Rəşad Sadıqov: Rəqabətli komandaların sayı artıb

Rəşad Sadıqov: Rəqabətli komandaların sayı artıb

Icma.az, Operativmedia saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İlk növbədə hamını böyük Zəfər günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizi qorusun. 

Bu gün çalışırdıq ki, xal və ya xallar qazanaq. Niyyətimiz o idi. Amma ilk dəqiqədən özümüzü çətin vəziyyətə saldıq və hesabda geri düşdük. "Qarabağ" kimi komanda ilə 1-ci və ya 2-ci dəqiqədə qol buraxırsansa, oyunu sonradan dəyişmək çətindir. Deyə bilmərəm ki, futbolçularım çalışmadı. Onlar istəkli idi. Buraxdığımız qollardan üçüncü standart vəziyyətdən oldu. Bu il standart vəziyyətlərdə problemlər yaşayırıq. Onunla bağlı da toplantılar, teoriyalar keçiririk, danışırıq. Amma hələ ki, bu məsələni çözə bilmirik. Avrokuboklardan başlayaraq, "Omoniya" ilə görüşdə altı qoldan beşini standart vəziyyətdən buraxdıq. "Osiyek"lə görüşdə də, "Şerif"lə matçda da həmçinin. Çempionatda 13 qoldan 9-nu standart vəziyyətdən buraxmışıq. Standart vəziyyətlərdə çox ciddi problemlər yaşayırıq. Bunlar bizi oyunlarda istədiyimiz nəticəni almaqda problem yaradır. Fasilə yaranıb, daha çox bunun üzərində çalışacağıq. Qarşıdakı matçlarda bu cür bəsit səhvlərə yol verməməyə çalışacağıq.

"Operativ Media" xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 13-cü turunun "Qarabağ"la(4:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

- Qismət Alıyev və Rüstəm Əhməzadənin zədəsi ciddidir?

- Qismətin zədələnməsi, Məqsədin sarı vərəqə aldıqdan sonra bir neçə epizodda cərimə etməsi..."Qarabağ" kimi komanda ilə oyunda birinci hissədə iki cinah müdafiəçisini çıxardıq. Zirədə 1:3 uduzanda yenə birinci hissədə iki müdafiəçini dəyişmişdik. Halbuki ikinci hissədə hücumla bağlı planlarımız var idi. Zədələrə görə dəyişikliklər hamısını alt-üst etdi. Ona görə də məcburiyyətdən müdafiədə dəyişikliklər edirdik. Zədələrin ciddi olub-olmadığını qarşıdakı günlərdə biləcəyik. Hətta İldar Alekperov da dəyişiklik istəyirdi. Sadəcə dəyişiklik haqqımız yox idi deyə, ağrıya-ağrıya axıra qədər oynadı.

- Fasilə sizin üçün yerinə düşür?

- Bəzən faydası olur, bəzən olmur. Bəlkə də 4 gündən sonra oyun oynasaydıq, daha yaxşı idi. Son iki oyunu ağır keçirdik. Bizim üçün iki ağır məğlubiyyət oldu. Qarşıdakı hələ 23 tur var. Qış fasiləsinə qədər bizi ən azından 5 çempionat, 1 kubok oyunu gözləyir. Yaxşı hazırlaşıb, yaxşı köklənib bu oyunlardan yaxşı nəticələrlə ayrılmalıyıq.

- Ötən mövsüm daha çətin idi mübarizə aparmaq, yoxsa bu mövsüm?

- Üç hissəyə bölsək, hələ ki, çempionatın ilk hissəsini bitirdik. 13 tur geridə qalıb. Çempionatın çox hissəi irəlidədir. İndidən nəsə demək çətindir. Oyunlar onu göstərir ki, rəqiblərin hamısı inkişaf edib. Rəqabətli komandaların sayı artıb. Ona görə də hər oyunda çətinlik çəkirik. Keçən il də belə idi. Qarşıda çox oyun var. Sona yaxınlaşdıqca, əlavə stress, gərginlik, fiziki və mental hazırlıq kimi amillər da önəmli rol oynayacaq. O periodda oynamaq bir az da çətinləşir. Qarşıda bizi uzun marafon gözləyir. Hazırda 4-cü sıradayıq. Pis deyil. Önümüzdəki rəqiblərdən xal olaraq çox geri qalmışıq. Xal fərqini qarşıdakı turlarda aradan qaldırmağa çalışacağıq. Əks halda, çempionatın sonunda rəqiblərimizə daha komfortlu oynamağa şərait yaradarıq. Basqı altında olmadan, çıxıb rahat qələbələr qazana bilərlər. Ona görə də başımızı dik tutub, qarşıdakı oyunlar mütləq yaxşı hazırlaşmalıyıq.

- Mövsüm yeni başlayanda "Zirə" yaxşı oyun sərgiləyirdi. "Omoniya" ilə oyundan sonra komandada sanki eniş yaşanır. Kiprdəki böyükhesablı məğlubiyyətin təsiri var?

- "Omoniya"ya 0:6 hesablı məğlubiyyəti təsiri bu dəqiqə komandada yoxdur. Qəti şəkildə belədir. Çünki cavab görüşündə onları məğlub etdik, çempionatda ardıcıl üç oyunluq qələbə seriyamız oldu. Sadəcə oyunlar elə gedirdi ki, sanki rəqiblərimizdə hər şey daha uğurlu alınır, bizdə isə əksinə. Qol epizodları reallaşmır, qapımızdakı ilk qol epizodu rəqiblər üçün uğurlu alınır. Bu halı keçən il çempionatın ortasında da yaşamışdıq. 10 tur qələbə qazanmadığımız period var idi. Amma möhkəm qaldıq, işimizlə məşğul olduq və işimizə davam etdik. Sonda da biz daha uğurlu olduq, rəqiblərimiz xallar itirdi. Bu mövsüm elə olacaq-olmayacaq, əvvəlcədən proqnoz vermək düzgün deyil. Çətindir. Oyunun son dəqiqələrində çox hadisələr baş verdi. İstər bizim, istərsə də rəqiblərin oyununda. Səbirli olmalıyıq. Əgər rəqabət apardığımız komandalarda hər şey uğurlu alınırsa, bizdə nəsə uğurlu alınmırsa, yolumuz davam etməliyik. Bugünkü oyunu saymıram."Qarabağ" kimi komandanı oyun planında üstələmək qeyri-mümkündür. Digər görüşlərdə, məğlub olsaq belə, oyun planında uduzmamışıq. "Turan Tovuz"a uduzduğumuz görüşdə 88-ci dəqiqədə kornerdən qol buraxdıq. "Araz-Naxçıvan"la görüşdə kornerdən buraxdıq. "Qarabağ"a 1:3 uduzanda onlar ilk qolu künc zərbəsindən sonra vurdu. Bu gün də ilk qol kornerdən oldu. "Şamaxı"ya uduzanda çoxsaylı qol imkanları yaratmışdıq. Hələ ki, belə gedir. Belə məqamlarda təcrübəm deyir ki, səbirli olub, yoluna davam etməlisən. Sadəcə bir az daha çox işləmək lazımdır ki, uğur biz tərəfə dönsün.

- Nəticə bəllidir, bəs oyun planında razı qaldız?

- Müdafiə planında futbolçular onu icra edirdilər, istəkli idilər, kompakt idilər. Rəqibi birinci və ya ikinci zonada qarşılamağa çalışırdıq. Bizdə alınırdı. Amma standart vəziyyətlərdə passiv idik. Dördüncü qolda komanda qopmuşdu.Ona qədər "Qarabağ"a asan qol epizodu vermirdik. Təhlükəli hücumlar var idi, onlar bizdən daha yaxşı oynayırdılar. Müdafiə planı işləyirdi. Amma onunla paralel standart vəziyyətlərdə rəqibə qol imkanı yaratmayasan.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 10 Noyabr 2024 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see286

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see270

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see263

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see261

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see261

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see257

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see249

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see243

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see235

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see219

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see212

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see210

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see195

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see186

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see185

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri