Icma.az
close
up
RU
Reşford MY ni “Aston Villa”ya dəyişdi

Reşford MY ni “Aston Villa”ya dəyişdi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nüfuzlu insayder Fabritsio Romano fevralın 1-də Markus Reşfordun “Aston Villa”ya icarəyə verilməsi ilə bağlı sövdələşmənin tezliklə başa çatacağını xəbər verib.

Ertəsi bu xəbər rəsmi şəkildə təsdiqləndi. Beləliklə, dekabrın ortalarından “Mançester Yunayted”in oyunlarında sifariş ərizəsinə düşməyən ingiltərəli hücumçu növbəti yarım ili Birmingemdə keçirəcək.
Komandalar yarımillik icarəni razılaşdırsa da, maliyyə incəlikləri ilə bağlı detallı informasiya yoxdu. Bir müddət əvvəl insayder xəbər vermişdi ki, “şirlər” Markusun 300 min funt sterlinq təşkil edən həftəlik maaşının bir hissəsini ödəyəcək. İngiltərə premyer-liqasında ondan daha çox qazanan 5 futbolçu var. “Aston Villa”nın sonradan futbolçunun transfer hüququnu ələ keçirməsi imkanı da müzakirə olunur.
İngiltərə yığmasından 60 oyun keçirən Reşfordun qərarında həlledici rolu Çempionlar Liqasında çıxış etmək perspektivi oynayıb. Bildiyiniz kimi, “Aston Villa” 1/8 finala vəsiqə qazanan komandalar sırasındadı. Futbolçu artıq birmingemlilərin baş məşqçisi Unay Emeri ilə də danışıb. “Şirlər” premyer-liqada da yaxşı təsir bağışlayır: 8-ci yerdə qərarlaşmaqla 4-cü pillədəki MS-dən 4 xal geri qalırlar.
“Aston Villa” bu “transfer pəncərəsi”ndə Reşford üçün yeganə varian deyildi. Bəzi qaynaqlar onun “Barselona”ya keçidinin mümkünlüyündən yazırdı, ancaq bunun üçün katalonoyalılar iki futbolçusunu satmalıydı. “The Guardian” isə futbolçunun “Tottenhem”in təklifindən imtina etdiyini bildirir.
Markus son ayyarımda MY-nin oyunlarında görünməyib. O, sonuncu dəfə dekabrın 12-də Avropa Liqası çərçivəsində keçirilən “Viktoriya” ilə oyunda meydanda olub. Forvard “Old Trafford”a noyabrda qədəm qoyan yeni baş məşqçi Ruben Amorimlə münasibətləri heç cür nizama sala bilmədi.
Portuqaliyalı mütəxəssis hətta 23-cü turda “Fulhem” üzərindəki qələbədən sonra demişdi ki, 63 yaşlı qapıçılar üzrə məşqçi Jorje Vitalı sifariş ərizəsinə salar, nəinki hər gün can qoymayan futbolçunu.
Yetərincə fədakarlıq etməmək – Amorimin Reşforda əsas iradı məhz bundan ibarətdi. Futbolçu ilə baş məşqçi son vaxtlar hətta gündəlik təması da dayandırçışdı. Amorim “Mançester Siti” üzərindəki qələbədən sonra Reşfordla Qarnaço haqda belə demişdi: “Yaxşı məşq edərlərsə, onlar da növbəti həftələrdə başqaları kimi olarlar. Ya oynaycaqlar, ya da ehtiyat oyunçular skamyasında oturacaqlar. Bu, intizam cəzası deyil. Meydanda və ondan kənarda standartlarımızı yüksəltməliyik”.
Reşfordu MY-də “Bavariya”nın 19 yaşlı oyunçusu Matis Telin əvəz etməsi ehtimalı daha böyükdü. Fransalı özü də yetərincə oyun vaxtı qazanmadığı Münheni tərk etməklə maraqlıdı. Cari mövsümdə bütün turnirlərdə 14 oyun keçirən Matis hələ bir qol da vurmayıb.
Reşford isə 24 oyunda 7 qolla yadda qalıb. MY-nin yetirməsi olan Markus bu komandanın heyətində 400-dən çox oyun keçirib, 138 qol vurub. Avropa Liqasının, ölkə və Liqa kubokunun qalibi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Fevral 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri