Reşford yenidən zədələndi Liverpul la matça qədər sağalacaq?
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
“Mançester Yunayted”in hücumçusu Markus Reşford zədəsini sağaltmaq üçün yeni müalicə proqramına başlayıb.
Sportal.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Futbolçu artıq bir aydır meydana çıxmır. Onu hələ dünya çempionatı zamanı aldığı bud zədəsi narahat edir. Vəziyyət daha da ağırlaşıb və ağrılar qasıq nahiyəsinə yayılıb.
Reşford ötən ay “Atletiko”ya 0:2 hesablı məğlubiyyətdən sonra heç bir oyunda iştirak etməyib. “Mançester Yunayted”də ümid edirlər ki, yeni müalicə proqramı onun noyabrın 22-də “Enfild” stadionunda “Liverpul”a qarşı keçiriləcək matça qədər sağalmaq şansını artıracaq.
29 yaşlı futbolçu ötən həftə “Mançester Yunayted”in tibbi heyətinin nümayəndəsi ilə birlikdə Dublində qasıq zədələri üzrə mütəxəssisə müraciət edib. İngiltərəli futbolçu üçün yeni bərpa proqramı hazırlanıb. Bildirilir ki, Markusun Maykl Kerriklə münasibətləri yaxşıdır və o, meydanda komandaya daha çox fayda vermək istəyirdi. Lakin ağrılara baxmayaraq oynamaq cəhdləri zədəsini daha da ağırlaşdırıb.
Belə ki, “Çelsi”yə qarşı keçirilən son oyundan (0:2) əvvəl Reşford ehtiyat oyunçular skamyasında yer almağı təklif etsə də, klub rəhbərliyi buna icazə verməyib.
Qeyd edək ki, cari mövsümdə hücumçu “Mançester Yunayted”in heyətində bütün turnirlər üzrə 8 matçda iştirak edib, lakin hələlik qol vurmağı bacarmayıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 11 Noyabr 2026 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















