Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını PİSLƏDİ
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağa çalışmasını qətiyyətlə pislənir və rədd edilir.
Redaktor.az xəbər verir ki, bu fikirlər Azərbaycan XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Fransanın Avropa və XİN-in mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı mövqeyinə dair şərhində qeyd olunub.
Bildirilib ki, ayrı-ayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilən məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim edilməsi və Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir:
"Fransanın Azərbaycanla bağlı belə ittihamlar səsləndirərkən öz hüquq-mühafizə və penitensiar sistemində mövcud problemləri nəzərə almaması diqqətdən kənarda qala bilməz. Bununla yanaşı, Fransa tərəfinin beynəlxalq hüquqi pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur.
Fransa tərəfini Azərbaycanla bağlı əsassız və qərəzli iddialardan çəkinməyə, ölkəmizin suverenliyinə və daxili işlərinə hörmət etməyə və ikitərəfli münasibətlərə zərər vuran yanaşmalara son qoymağa çağırırıq".
Baxış sayı:94
Bu xəbər 18 Sentyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















