Icma.az
close
up
RU
Rəsmi Bakı: Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”

Rəsmi Bakı: Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


"Ermənistan öz Konstitusiyasında dəyişikliklər edənə və bütün hüquqi və siyasi tələblərdən imtina edənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur".
Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarına cavab olaraq "X"də yazıb.
O bildirib ki, tarixi faktları təhrif etməmək lazımdır: "1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə nümayiş olunan rayonlar məsələsinə gəldikdə (Baş nazir onları Ermənistanın Sünik, Vayots-Dzor vilayətləri kimi tam Azərbaycanın tərkibinə daxil etdiyi, həmçinin Ararat, Armavir, Geqarkunik, Qismən daxil olan Tavuş, Şirak, Lori vilayətləri adlandırıb) tarixi faktları təhrif etməməklə xatırlatmaq lazımdır.
Bu bölgələrin rəsmi olaraq Ermənistanın tərkibinə daxil edildiyi tarixlər Azərbaycan xəritəsinin Antantaya təqdim edilməsindən xeyli sonradır: Sünik (Zəngəzur) – 30 noyabr 1920 və Vayots Dzor (Dərələyəz) – 10 avqust 1920. Sadalanan digər bölgələrə gəlincə, baş nazirin sözlərinə görə, onların hissələrinin çoxu dəyişdirilmiş inzibati bölgü ilə sovet Ermənistanına daxil edilmişdir ki, bu da bəzi hallarda 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi kimi beynəlxalq müqavilələri pozub".
A.Hacızadə diqqətə çatdırıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün parlamentdə guya Azərbaycan konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması fikrinin əsası yoxdur: “Paşinyan bununla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.
Onun sözlərinə görə, bu cür bəyanatlar Ermənistan konstitusiyasında yer alan Azərbaycanın ərazi bütövlüyünə dair iddialardan diqqəti yayındırmaq üçün sadəcə faydasız cəhddir: “Birincisi, Azərbaycan Konstitusiyasında Azərbaycanın 1991-ci il İstiqlal Aktına, o da öz növbəsində hazırkı Azərbaycan Respublikasının 1918-2020-ci illərdə Demokratik Respublikasının varisi kimi təsis edilməsi haqqında 1918-ci il İstiqlal Bəyannaməsinə istinad edilsə də, qonşu ölkələrə qarşı heç bir iddia yoxdur".
A. Hacızadə, həmçinin yazıb ki, Ermənistan Konstitusiyası Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsində təsbit olunmuş erməni dövlətçiliyinin fundamental prinsiplərinə və milli istəklərinə, o cümlədən “Ermənistanın və Dağlıq Qarabağın yenidən birləşdirilməsi” məqsədinə əsaslanır: “ Bu sənəddə Türkiyənin bəzi əraziləri də “Qərbi Ermənistan” adlanır”. Bütün bu qanunvericilik aktları Ermənistanın heç vaxt “Dağlıq Qarabağı” Azərbaycanın bir hissəsi kimi tanımadığını göstərir”.

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Noyabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri