Icma.az
close
up
RU
Rəsmi Bakının sərt ritorikası: İran geri addım atdı

Rəsmi Bakının sərt ritorikası: İran geri addım atdı

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə İranın Azərbaycana qarşı qeyri-konstruktiv siyasətini kəskin tənqid etmişdi. Xüsusilə, İranda səfirliyimizə qarşı terror həyata keçirənin edam cəzasına məhkum edilməsini tələb etmişdi. İranın Ali dini rəhbərinin Ərdəbildə nümayəndəsi H. Amuli Azərbaycana qarşı təxribatçı açıqlamalar verməsi ikitərəfli əlaqələrdə yeni böhrana gətirib çıxarıb. Bu kimi təxribatlara qarşı Tehran rejimi Azərbayandan sərt mövqe gözləmirdi".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, prezidentin İran rəhbərliyinə qarşı sərt mesajları müəyyən nəticələr verdi: "Birinci, İranın Təhlükəsizlik katibi Azərbaycana səfər etdi. İki ölkə arasında problemlerin yoluna qoyulması istiqamətində danışıqlar apardı. İkinci, İranda qanunsuz həbs olunan azərbaycanlı tələbə Fərid Səfərli həbsdən azad edilərək təhvil verildi. Üçüncü, səfirliyə qarşı terror edən Yasin Hüseynzadə Azərbaycanın tələbi ilə edam hökmü təsdiqləndi. Halbuki, onun işi yenidən istintaqa qayıtmışdı".

M.Əsədullazadə əlavə edib ki, Azərbaycanın digər tələbi Ərdəbilin İmam cüməsi H. Amulinin cəzalandırılmasıdır: "İran rejimi H. Amuli barədə addımlar atmalıdır. İran tərəfi problemi yaradır, sonra əl-ayağa düşür münasibətləri normallaşdirmağa çalışır. Təbii ki, İranın bu siyasəti Azərbaycanın kəskin cavabından sonra atılır. Tehran rejimi görsə ki, rəsmi Bakı onun təxribatlarına cavab vermir, daha da üstümüzə gələ bilər. Ona görə də Azərbaycan İranın təxribatlarına qarşı daima adekvat cavab verməli və sərt xətt siyasətinə üstünlük verməlidir".

Politoloq vurğulayıb ki, İranın prezidenti M. Pezeşkianla Azərbaycan prezidentinin görüşü qarşı tərəfin mövqeyinə görə baş tutmur: "Təbii ki, M. Pezeşkianın azərbaycanlı olması, belə bir görüşün baş tutmamasında əsas amillərdən biridir. İran Azərbaycan əlaqələri Tehran rejiminin siyasətindən asılı olacaq. Bu əlaqələrin müxtəlif vaxtlarda gərginliklə davam etməsi istisna deyil".

Məğrur,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://sitat.info
archiveBu xəbər 23 Yanvar 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri