Icma.az
close
up
RU
Rəsmi Bakıya olan inam yüksək reputasiyanın göstəricisidir Kaspi nin ŞƏRHİ

Rəsmi Bakıya olan inam yüksək reputasiyanın göstəricisidir Kaspi nin ŞƏRHİ

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın İsrail-İran münaqişəsi ilə əlaqədar bir sıra problemlərin həllindəki rolu ölkəmizin dünya arenasındakı nüfuzunun daha da yüksəlməsinə səbəb olur. Aktiv hərbi əməliyyatlarla müşayiət olunan mürəkkəb vəziyyətdə əcnəbilərin İrandan təxliyəsi prosesində Azərbaycanın humanitar dəhliz rolunda çıxış etməsi rəsmi Bakıya olan etibardan irəli gəlir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Dünya dövlətlərinin Azərbaycan seçimi

Qeyd edək ki, öz vətəndaşlarını İran ərazisindən çıxarmaq istəyən 77 ölkə yardım üçün Azərbaycana müraciət edib. Bu, münaqişənin ilk günündən davam edir və müxtəlif ölkələri təmsil edən yüzlərlə şəxs Azərbaycan vasitəsilə münaqişə bölgəsindən təxliyə edilib.

İrandan Azərbaycan vasitəsilə evakuasiya olunan ilk böyük qrup Rusiyanın təmsilçiləri olublar. Bununla əlaqədar Rusiyanın XİN rəhbəri azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Beynəlxalq humanitar hüquqdan irəli gələn təxliyə prosesinə görə Böyük Britaniya və Kanadanın xarici işlər nazirləri də XİN rəhbəri Ceyhun Bayramova dövlətlərinin təşəkkürünü bildiriblər. İtaliya vətəndaşlarının Azərbaycan vasitəsilə təxliyəsi bu ölkənin xarici siyasət idarəsi tərəfindən də alqışlanıb.

Azərbaycan həm də Tehranda fəaliyyət göstərən bir sıra səfirliklərin müvəqqəti olaraq İrandan köçürülməsində fəal iştirak edir. Artıq Macarıstan və Bolqarıstanın Tehran səfirlikləri və diplomatik nümayəndəliklərinin personalı Bakıya evakuasiya olunub. Adıçəkilən dövlətlərin Tehrandakı diplomatik missiyaları münaqişə başa çatanadək Azərbaycanda fəaliyyət göstərəcəklər.

Təxliyə prosesinin yüksək səviyyədə və peşəkarcasına icrası

Azərbaycanın mövcud böhranlı şəraitdə əsas humanitar dəhlizlərdən biri rolunda çıxış etməsi beynəlxalq müstəvidə qazandığı yüksək reputasiyanın daha bir göstəricisidir. İzlənilən mənzərə beynəlxalq humanitar hüquq nöqteyi-nəzərdən ciddi məsuliyyət tələb edən addımların atılmasını zəruri edir. Söhbət təxliyə prosesinin yüksək səviyyədə və peşəkarcasına icrasından gedir. Bəslənən etimadda bu prosesi həyata keçirmək üçün resurs və alətlərin mövcudluğu ön plana çıxır. Dövlətin beynəlxalq aləmdəki nüfuzu onun siyasi imici, iqtisadi gücü, hərbi qüdrəti ilə yanaşı, üzərinə gəldiyimiz aspektlərlə də ölçülür. Adi bir misal: Kanadanın Cənubi Qafqaz bölgəsində malik olduğu yeganə səfirlik Ermənistan paytaxtı İrəvanda fəaliyyət göstərir. Buna baxmayaraq, Ottavanın öz vətəndaşlarını evakuasiya etmək üçün Azərbaycanı seçməsi bir çox mətləblərdən xəbər verir.

Vasitəçilik üçün münbit platforma

Azərbaycan uzun illər ərazilərinin işğaldan azad olunması istiqamətində beynəlxalq vasitəçilərin təsirli fəaliyyətinə ümid bəsləyib. Amma Bakının bu gözləntiləri dünya birliyi tərəfindən adekvat qarşılanmayıb. Ancaq hətta ən mürəkkəb vəziyyətlərdə belə, Azərbaycanın özü dünyaya nümunə göstərərək müxtəlif səpkili problemlərin həllində moderator qismində çıxış edib. Ərazimiz etibarlı, sabit platforma qismində müxtəlif illərdə NATO-Rusiya, ABŞ-Rusiya təmaslarının baş tutduğu məkan olub.

Son bir neçə il ərzində müşahidə olunan İsrail-Türkiyə gərginliyinin səngiməsi və diplomatik münasibətlərin bərpası istiqamətində aparılan danışıqların da təşəbbüskarı məhz rəsmi Bakıdır.

Dövlətlərarası gərginliyin səngiməsi və münasibətlərin bərpası, yaxud qurulması kimi proseslərdə vasitəçilik bır sıra alətlərin mövcudluğunu tələb edir. Şübhəsiz ki, önə ilk növbədə tərəfsizlik və neytrallıq çıxır. Bununla yanaşı, moderator dövlət həm vəziyyətə, həm də tərəflərlə münasibətlərə hakim olmaq potensialını özündə əks etdirməlidir. Sadə dillə desək, hər iki tərəf vasitəçini dinləyə bilməlidir.

Rəsmi Bakıya olan inam

Dünya praktikasında kiçik dövlətlərin böyük problemlərin həllində vasitəçi qismində çıxış etməsinə dair misallar o qədər də çox deyil. İlk növbədə ona görə ki, moderator tərəf öz xidmətlərini təklif etməklə yanaşı, tərəflərin razılığa gəlmələri üçün onların üzərində bir nüfuz sahibi də olmalıdır. Müasir beynəlxalq proseslərdə vasitəçilik əsas etibarilə böyük dövlətlər və güc mərkəzləri tərəfindən edilir. Bu baxımdan, ərazicə kiçik dövlət olan Azərbaycanın dünya əhəmiyyətli proseslərdə vasitəçi qismində etibarlı tərəfdaş kimi nəzərdən keçirilməsinin özü unikal hadisədir. Burada ən önəmli məqam tərəflərin rəsmi Bakıya olan inamı və onun vasitəçilik missiyasını keyfiyyətlə həyata keçirəcəyinə əminliyidir.

Soydaşlarımız diqqət mərkəzindədir

İsrail-İran qarşıdurmasının səbəb olduğu mürəkkəb situasiyada Azərbaycanın nümayiş etdirdiyi xarici siyasət ciddi məsuliyyət, zərgər dəqiqlikli diplomatik səylər tələb edir. Söhbət ondan gedir ki, İran Azərbaycanla qonşu dövlətdir və bizi bu ölkə ilə tarixdən irəli gələn bağlar əlaqələndirir. Eyni zamanda, İsrail də Azərbaycanın strateji tərəfdaşıdır və aramızda olan münasibətlər unikal xarakter daşıyır. Bu səbəbdən rəsmi Bakının neytrallığı və münaqişənin tezliklə başa çatmasına bəslədiyi ümid xalqımızın və dövlətimizin maraq və mənafelərini əks etdirir.

Bununla belə, elə məqamlar da var ki, onlara münasibət bildirməmək də mümkünsüzdür. İsraillə İran arasında yaşanan hazırkı reallıqlarda belə faktorlardan biri kimi cənub qonşumuzda yaşayan milyonlarla soydaşımız çıxış edir. Dünyanın harasında olursa-olsun, Azərbaycan xalqını təmsil edən istənilən fərd dövlətimiz üçün əziz və dəyərlidir. Bu baxımdan, aktiv hərbi əməliyyatların müşahidə olunduğu bəzi bölgələrin əhalisinin əsas etibarilə azərbaycanlılardan ibarət olması Azərbaycan dövlətini düşündürən və narahat edən amillərdən biridir. Məhz bu səbəbdən rəsmi Bakının müxtəlif kanallar vasitəsilə Təl-Əvivə bu narahatlığını çatdırması Azərbaycanın soydaşlarımızın təhlükəsizliyinə diqqətdən irəli gəlir.

Azərbaycan yerləşdiyi mürəkkəb coğrafiyada sabitlik adası statusunu qorumaqdadır. Bu, çox mühüm üstünlükdür. Azərbaycanın bu siyasəti beynəlxalq hüququn tələblərinə cavab verir, eyni zamanda, dünya tərəfindən də alqışlanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri