Icma.az
close
up
RU
Lazımsız strateji müttəfiq KASPİ qəzetinin ŞƏRHİ

Lazımsız strateji müttəfiq KASPİ qəzetinin ŞƏRHİ

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Nikol Paşinyanın ABŞ-yə gedişinin rəsmi məqsədi beşinci illik "Beynəlxalq dini azadlıq sammiti"ndə iştirak olsa da, səfər bir neçə amil baxımından maraq kəsb edirdi. İlk növbədə ona görə ki, Bayden administrasiyasının son günlərində tələsik imzalanmış strateji münasibətlərə dair sazişi Trampın ətrafından heç kim indiyədək şərh etməyib. Bu rəsmi "iqnor" atmosferində Ermənistan liderinin Vaşinqtonda necə qarşılanacağı ölü doğulmuş anlaşmanın gələcək müqəddəratına dair ipucu verə bilərdi. İkincisi isə strateji paktın bir sıra müddəalarının həyata keçməsi tarixin arxivinə atılmış USAID vasitəsi ilə icra olunacağından agentliyin qapanması fonunda erməni lobbisi və diasporunun davranışı maraq doğururdu. Həm USAID kimi donordan olan, həm də rəsmi strukturlar tərəfindən inkar edilən Paşinyan bütün bunlara rəğmən ilk və bəlkə də ən ağrılı zərbəni soydaşlarından - ABŞ-də yaşayan ermənilərdən aldı.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

ABŞ-də "erməni qonaqpərvərliyi"

Çörək verənə arxa çevirmək və xəyanət etmək erməni xalqının genetik kodunda yazılıb. Tarix boyu çox himayədar satmış ermənilər bu dəfə özlərindən olan Paşinyana qarşı da amansız oldular. ABŞ-yə ayaq basdığı andan onu müşayiət edən yerli ermənilər baş naziri hər yerdə sərt tənqid atəşinə tutub, qorxaqlıqda və 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Azərbaycan torpaqlarını "itirməkdə" günahlandırdılar. Mövzudan uzaqlaşmayaraq qeyd edək ki, bundan əvvəl onlar Serj Sarqsyanı diasporun ayırdığı ianələri "yemək"də, Robert Köçəryanı isə Rusiyaya meyillilikdə suçlayırdılar. Ermənistanı Qərblə inteqrasiyaya yönəldən Paşinyan həmyerlilərindən daha xoş münasibətə ümid etsə də, göründüyü kimi, gözləntilərində yanılmış oldu.

Trampa lazım olmayan "strateji münasibətlər"

Paşinyanın ABŞ-də olduğu müddətdə istədiyi rəsmi şəxslərlə görüşə bilməməsi səfərin uğursuzluğunun başlıca göstəricisidir. Çünki mümkün deyil ki, bir dövlətin strateji tərəfdaşı olan digər ölkənin lideri yüksək səviyyədə qəbul edilməsin. Bu miqyaslı sənədlər adətən hakimiyyətlər və ya ayrı-ayrı simalar arasında imzalanmır, daha geniş anlamda dövlətlərin birgə maraqlarını ehtiva edir. Paşinyanın səfərinin qulaqardına vurulması göstərir ki, birincisi, Ermənistanı bir dövlət olaraq ciddiyə alan yoxdur, ikincisi isə USAİD çapda qurumu neytrallaşdırmaqla bütün dünyaya yardımı kəsən Tramp üçün İrəvanı bəsləməyə nə vaxt, nə pul, nə də səbir var. Odur ki, Paşinyanın ümidi qalır yalnız Makron Fransasına. Makron isə itirə-itirə gedir ki, ən böyük itkisi də Fransa boyda dövlətin dünyadakı imici və reputasiyasıdır.

USAID-sız Ermənistana çox çətin olacaq

ABŞ hökumətinin xarici yardımlarını tənzimləyən qurumun qapanması Ermənistanın xarici siyasətinə dəymiş ən böyük zərbələrdən biridir. USAID-in Ermənistanın həyatındakı rolu ölçüyəgəlməzdir. Həm həyata keçirilən layihələrə dəstək, həm də Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən ermənipərəstliyi baxımından. Qurumun ermənidən daha çox erməni olan sabiq rəhbəri Samanta Pauerin bizə qarşı düşmən mövqeyi yaddaşlardan hələ silinməyib.

Həm yeni administrasiya tərəfindən diqqətsizliyi görən, həm də USAID kimi maliyyə mənbəyini itirən Paşinyan çıxış yolu təskinliyi erməni diasporu və lobbisi ilə sıx işbirliyində olan mərkəzlər və fondlarda keçirdiyi görüşlərdə, habelə ermənipərəst senator və konqresmenlərlə bir araya gəlməkdə tapmalı oldu. Yeri gəlmişkən, bu görüşlərdə iştirak edən Adam Şiff, Frenk Palloun, Riçard Hadson, Rocer Uiker, Endi Harris və digərləri Paşinyanın səfəri ilə üst-üstə düşən USAID-in qapadılmasına ən çox etiraz edən şəxslərdir. Birincisi, özlərinin vasitəçilik etdikləri prosesdə faizləri kəsilir, ikincisi isə muzdla müdafiə etdikləri Ermənistana maliyyə yardımları. Simvolik təsadüfdür ki, görüşlərdə daha bir senator - Bob Menendesin iştirakı mümkün olmadı, çünki vaxtilə ermənilər üçün dəridən-qabıqdan çıxan türk düşməni indi dəmir barmaqlıqlar arxasındadır və tezliklə həyat yoldaşı Nadin Arslanyan da eyni aqibəti yaşayacaq.

Mələk görkəmi ilə maskalanmış müharibə şeytanları

ABŞ-də olduğu günlərdə Paşinyan erməni icması ilə keçirdiyi görüşlərdə barış və sülh mesajlı çıxışları ilə diqqəti cəlb etməyə çalışdı. Ancaq bu gün xüsusilə 30 illik "sülh göyərçini" olan Ter-Petrosyanın məlum videogörüntüləri üzə çıxandan sonra Ermənistanda kiminsə həqiqətən də barışıq tərəfdarı olduğuna dair zərrə qədər olsa da, ümid və güvən qalmayıb. Heç Paşinyanın özü də Ter-Petrosyandan fərqlənmir. 44 günlük müharibədən öncə "Qarabağ Ermənistandır və nöqtə" deyən Paşinyanın da üzə çıxan kitabında Azərbaycanın əzəli torpaqlarında təşəkkül tapmış dövlətinin Ağdamdan şərqə, Bakıya doğru daha da irəliləməsini vəsf edən arzular, xəyallar təsvir olunur.

Onun Vaşinqton səfəri ərəfəsində İrəvanda qəbul etdiyi Karnegi Fondunun heyətində daha bir faşist görüşlü erməni - Türkiyədə siyasi bölücülüklə məşğul olan Qaro Paylanın yer alması qənaətimizin aşkar sübutudur. Paylan bu yaxınlarda verdiyi bir müsahibədə bildirir ki, hazırda Ermənistanın Azərbaycana qalib gəlməyə gücü yoxdur, ancaq 3-5 ilə Fransa və ABŞ-nin köməkliyi və hərbi dəstəyi ilə itirdiklərini qaytara biləcək. Paylan Türkiyədə PKK terror təşkilatının siyasi qolu olan HDP-də təmsil olunur və hətta 2018-ci ildə qardaş dövlətin parlamentinə seçilməyi də bacarıb. Təbii ki, qanunverici orqandakı qızışdırıcı və separatizm qoxulu çıxışları ilə yadda qalıb. 44 günlük Vətən müharibəsində Ankaranı Azərbaycanı dəstəkləməkdə suçlayan Paylan hər il aprel ayında "erməni genosidi"nə dair paylaşımlar edir və Türkiyəni "soyqırımı" törətməkdə günahlandırır. Belə bir faşist dünyagörüşlü şəxsin Paşinyanla nələri müzakirə etdiyi barədə çox düşünməyə ehtiyac varmı? Revanşizm xülyaları ilə yaşayan simalarla, diaspor nümayəndələri ilə görüşlər keçirən şəxsin sülh tərəfdarı olması nə dərəcədə inandırıcı ola bilər?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Fevral 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri