Icma.az
close
up
RU
İNSAN ÖMRÜNÜN NEÇƏ İLİNİ YOLLARDA KEÇİRİR? İri şəhərlərdə yaşamağın görünməyən bədəli + ARAŞDIRMA

İNSAN ÖMRÜNÜN NEÇƏ İLİNİ YOLLARDA KEÇİRİR? İri şəhərlərdə yaşamağın görünməyən bədəli + ARAŞDIRMA

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnsanların gündəlik həyatında vaxt itkisinə səbəb olan əsas problemlərdən biri də nəqliyyat sıxlığıdır. Xüsusən də böyük şəhərlərdə yaşayan insanlar işə, təhsilə və digər zəruri ünvanlara çatmaq üçün hər gün həyatlarının müəyyən hissəsini yollarda keçirirlər. Bəlkə də ilk baxışda 30-40 dəqiqəlik vaxt itkisi gözümüzə ciddi görünməsə də, illər ərzində bu müddət aylarla, hətta illərlə ifadə olunaraq nəzərimizdən kənarda qalır.

"AzPolitika" bu istiqamətdə Bakı şəhərində yaşayan insanların həyatlarının nə qədərini gündəlik tıxaclara sərf etdiyini araşdırmağa çalışıb.

"Numbeo" portalının "Time Index" göstəricisinə görə, Bakı sakinləri işə və ya təhsil almağa gedərkən (hər hansı bir istiqamətdə) vaxtının orta hesabla 38 dəqiqəsini yollarda keçirirlər. Bu isə həftədə 4 saat 26 dəqiqə, ayda təxminən 19 saat 16 dəqiqə, ildə isə 9,6 gün deməkdir. Təbii olaraq, bu məlumatla ilk qarşılaşan zaman bir çoxlarına 9,6 gün elə də ciddi vaxt itkisi kimi görünməyə bilər. Amma ömrünün uzun illərini Bakı şəhərində keçirən insanlar üçün əslində bu rəqəm kifayət qədər böyükdür.

Belə ki,  "Numbeo" portalının "Time Index" göstəricisi bir istiqamət üzrə yola sərf olunan müddəti ifadə edir. Çalışan və oxuyan paytaxt sakinlərinin hər gün getdikləri işdən, təhsildən qayıtdığı zaman da təxminən eyni vaxtı yolda itirdiklərini nəzərə alsaq yollarda kifayət qədər çox vaxt itirildiyini görərik. 

İşləmədiyimiz həftəsonlarını, məzuniyyətləri nəzərə alaraq real iş rejimi üzrə hesablama aparsaq, ildə 240 iş günü və gündəlik gediş-gəliş nəzərə alınmaqla:

- 76 dəqiqə × 240 gün = 304 saat;

- bu, ildə təxminən 12,7 sutka ;

- 40 ildə isə təxminən 507 sutka tıxaclarda itirilir.

Orta insan ömrünü 75 il götürsək, bunun təxminən üçdə biri – 25 ili yuxuya gedir (gündə 8 saat). Eyni müddət – 25 il isə gündə 8 saatlıq iş rejimi ilə hesablandıqda işləməyə sərf olunur. Bundan əlavə, insan gündə orta hesabla 1,5 saat yeməyə, 1 saat şəxsi gigiyenaya, daha 2 saat isə digər gündəlik zəruri işlərə vaxt ayırır. Bu da 75 il ərzində təxminən 14,1 il edir. Uzun sözün qısası, iş və gündəlik ehtiyaclara sərf olunan vaxtı çıxsaq, 75 illik ömrün təxminən 10,9 ili sərbəst istifadə üçün qalır ki, bunun da ən azı iki ilə yaxının  tıxaclarda itiririk…


Azərbaycanın qonşularına gəldikdə, əslində, onlarda da vəziyyət ürəkaçan deyil. Məsələn, Ermənistanda (İrəvan – red.) gündəlik işə və ya təhsil almağa gedərkən (hər hansı bir istiqamətdə) vaxtının orta  hesabla 30 dəqiqəsini yollarda itirir. Eyni vaxtı işdən və təhsildən qayıtdıqda da itirdiyini nəzərə alsaq bu təxminən 60 dəqiqə edir . Gürcüstanın paytaxtı Tbilisidə isə vəziyyət Bakı ilə eynidir – 38 dəqiqə (gün ərzində 76 dəqiqə). İstanbulda bir istiqamət üzrə orta vaxt itkisi 50 dəqiqə (gün ərzində 100 dəqiqə), Moskvada isə 50,5 dəqiqəyə (gün ərzində 101 dəqiqə) çatır. Beləliklə, İstanbul sakinləri ən azı  təxminən 1 il 10 ay, Moskva sakinləri təxminən 1 il 10 ay, Tbilisi sakinləri isə təxminən 1 il 5 ay yollarda keçirirlər.

Avropaya gəlincə, burada vəziyyət olduqca fərqlidir. Dünyada gündəlik bir istiqamət üzrə uollarda ən aşağı vaxtın sərf olduğu şəhər Estoniyanın Tartu şəhəridir – 15,1 dəqiqə. Bu hesabla Tartu sakinləri 40 illik iş fəaliyyəti ərzində gediş-gəlişə təxminən 201 gün sərf edir.

Avstriyanın Villax şəhərində 40 illik iş fəaliyyəti ərzində gediş-gəlişə təxminən 213 gün, , Xorvatiyanın Riyeka şəhərində 220 gün, Serbiyanın Novi-Sad şəhərində isə 240 gün,  İspaniyanın Valensiya şəhərində 261 gün, Niderlandın Amsterdam şəhərində 304 gün, Avstriyanın paytaxtı Vyanada isə 305 gün təşkil edir.Almaniyanın Frankfurt şəhərində sakinlər 40 illik iş fəaliyyəti ərzində gediş-gəlişə təxminən 309 gün,  Niderlandın Rotterdam şəhərində 284 gün,  Finlandiyanın paytaxtı Helsinkidə isə 319 gün yollarda keçirirlər.

Təbii ki, tıxacda itirilən vaxt yalnız statistik rəqəmlərdən ibarət deyil. Bu, insanların ailələri ilə keçirə biləcəyi, istirahətə, təhsilə və şəxsi inkişafına ayıra biləcəyi vaxtın yollarda boş yerə tükənməsi deməkdir.

Maraq üçün tıxacların ən az olduğu və bir istiqamət üzrə yollarda ən az vaxt sərf olunan şəhərlərin siyahısını təqdim edirik:

№

Şəhər

Ölkə

Gündəlik vaxt

1TartuEstoniya15,1 dəqiqə2VillaxAvstriya16 dəqiqə3RiyekaXorvatiya16,5 dəqiqə4OsiyekXorvatiya17,7 dəqiqə5Novi SadSerbiya18 dəqiqə6BrasovRumıniya18,1 dəqiqə7SplitXorvatiya18,1 dəqiqə8QroninqenNiderland19,2 dəqiqə9Valensiyaİspaniya19,6 dəqiqə10Den HaaqNiderland20,4 dəqiqə11Reykyavikİslandiya20,5 dəqiqə12KoşitseSlovakiya21 dəqiqə13RotterdamNiderland21,3 dəqiqə14PlzenÇexiya21,6 dəqiqə15PattayaTailand21,9 dəqiqə16ViçitaABŞ22,3 dəqiqə17MaskatOman22,5 dəqiqə18AmsterdamNiderland22,8 dəqiqə19VyanaAvstriya22,9 dəqiqə20LimassolKipr23 dəqiqə21FrankfurtAlmaniya23,2 dəqiqə22HannoverAlmaniya23,3 dəqiqə23Banya LukaBosniya və Herseqovina23,4 dəqiqə24KristçörçYeni Zelandiya23,4 dəqiqə25EyndhovenNiderland23,5 dəqiqə26ReqinaKanada23,7 dəqiqə27UtrextNiderland23,7 dəqiqə28RoçesterABŞ23,8 dəqiqə29HelsinkiFinlandiya23,9 dəqiqə30VindhukNamibiya23,9 dəqiqə31TallinnEstoniya24,3 dəqiqə32Göteborqİsveç24,4 dəqiqə33AxenAlmaniya24,4 dəqiqə34PortoPortuqaliya24,7 dəqiqə35TimişoaraRumıniya24,7 dəqiqə36ŞtutqartAlmaniya24,9 dəqiqə37LeuvenBelçika25,1 dəqiqə38QrenoblFransa25,1 dəqiqə39NanaimoKanada25,2 dəqiqə40Malaqaİspaniya25,2 dəqiqə41NürnberqAlmaniya25,3 dəqiqə42DurbanCənubi Afrika25,3 dəqiqə43LuisvillABŞ25,5 dəqiqə44FresnoABŞ25,5 dəqiqə45GentBelçika25,6 dəqiqə46AnkoricABŞ25,6 dəqiqə47TampereFinlandiya25,8 dəqiqə48VilnüsLitva25,8 dəqiqə49LeypsiqAlmaniya25,8 dəqiqə50AlbukerkeABŞ25,9 dəqiqə

E. Bəyməmmədli

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Noyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri