Xaricdən gətirilən kərə yağının gömrük dəyəri 15% ucuzlaşıb Siyahı
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycana xarici ölkələrdən 98 milyon 420 min dollar dəyərində 15 min 966,7 ton kərə yağı idxal olunub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk ayında idxal etdiyimiz kərə yağının miqdarı 17,2% və ya 2 min 341 ton artıb.
Qeyd edək ki, idxal edilən kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 6,16 dollar (10,48 manat) təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 15% və ya 1,1 dollar aşağı düşüb.
Azərbaycan kərə yağını ən çox İrandan idxal edib. Bu ölkədən Azərbaycana 7 min 327,68 ton kərə yağı gətirilib. İkinci yerdə 2 min 570,16 tonla Belarus, üçüncü yerdə isə 2 min 124,2 tonla Yeni Zelandiya qərarlaşıb.
Ən az kərə yağı isə Lüksemburqdan gətirilib. Bu ölkədən cəmi 10 kiloqram kərə yağı idxal olunub.
Azərbaycana idxal edilən kərə yağının ölkələr üzrə miqdarı və 1 kiloqramının gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
İran – 7 327,68 ton (8,83 manat)
Belarus – 2 570,16 ton (9,55 manat)
Yeni Zelandiya – 2 124,2 ton (12,74 manat)
Səudiyyə Ərəbistanı – 1 067 ton (14,97 manat)
Ukrayna – 939,74 ton (10,57 manat)
Finlandiya – 742,45 ton (14,67 manat)
Almaniya – 527,73 ton (10,89 manat)
Fransa – 239,47 ton (13,81 manat)
Belçika – 202,97 ton (11,19 manat)
Polşa – 118,94 ton (10,92 manat)
Litva – 31,8 ton (13,16 manat)
Türkiyə – 28,64 ton (19,20 manat)
Uruqvay – 21,5 ton (11,54 manat)
İtaliya – 20,18 ton (15,49 manat)
Estoniya – 4,2 ton (10,21 manat)
Portuqaliya – 30 kq (11,33 manat)
Lüksemburq – 10 kq (51 manat)
Məlumat üçün bildirək ki, son bir ildə ölkəyə idxal olunan kərə yağının gömrük dəyərində 15% ucuzlaşma qeydə alınsa da, marketlərdə satılan idxal kərə yağının pərakəndə satış qiymətində 1,8% bahalaşma qeydə alınıb. Ötən ilin avqust ayında idxal kərə yağının 1 kiloqramının marketlərdə orta satış qiyməti 24,11 manat olduğu halda, bu ilin avqust ayında 24,54 manata yüksəlib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Xaricdən gətirilən benzinin gömrük dəyəri 25% artıb
29 Sentyabr 2026 14:40
Xaricdən gətirilən avtomobillərin dəyəri açıqlandı
16 Oktyabr 2025 12:51
Xaricdən gətirilən smartfonların dəyəri 13% artıb
26 May 2025 15:40
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb Siyahı
27 Noyabr 2024 13:11
Baxış sayı:166
Bu xəbər 01 Noyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















