Icma.az
close
up
RU
RƏSMİ MOSKVA NƏ VAXT SƏMİMİ OLACAQ? Qəvami Sadıqbəyli yazır

RƏSMİ MOSKVA NƏ VAXT SƏMİMİ OLACAQ? Qəvami Sadıqbəyli yazır

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın 2020-ci ildə Ermənistan üzərində qazandığı şanlı qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam bərpa olundu. Separatçı rejim süqut etdi. Qarabağ bölgəsi tam olaraq yenidən  Azərbaycanın nəzarətinə keçdi.  Bu reallığı təkcə region dövlətləri deyil, beynəlxalq aləm, o cümlədən separatizmi gizli və ya açıq şəkildə dəstəkləyən qüvvələr də qəbul etməyə məcbur oldular.

Ancaq təəssüf ki, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan bu zəfəri bəzi rus siyasətçiləri tərəfindən birmənalı qarşılanmadı. Xüsusilə, 2023-cü ildən sonra Kremlin daxilindəki müəyyən dairələr, deputatlar və rəsmi şəxslər yenidən "Qarabağ mübahisəli ərazidir" kimi şübhəli ritorika ilə çıxış etməyə başladılar. Bu mövqe istər-istəməz, Ermənistanla sülh müqaviləsinin imzalanmasına mane olur və regionda davamlı sülhün bərqərar olmasına əngəl yaradır.

Məlum olduğu kimi, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski  9 iyun tarixində "Russia Today" telekanalına verdiyi müsahibə zamanı keçmiş erməni-azərbaycanlı münaqişəsi ilə bağlı faktları təhrif edib. Rusiyanın rəsmi şəxsinin Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim etməsi təəssüf və təəccüb doğurur. Medişkinin öz səlahiyyətlərini aşan bu cür yanlış bəyanatları dövlətlərarası münasibətlərə zərər verir.

Rusiya siyasətçilərinin təxribat xarakterli mövqeləri dayanmaq bilmir. Məsələn:

1. Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun 2025-ci il tarixində  Qarabağı "mübahisəli ərazi" kimi təqdim etməsi təssüf doğurur.  Onun çıxışları Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan ritorikanın təzahürüdür.
2.Rusiya  Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Slutski vaxtaşırı "erməni əhalisinin hüquqlarının qorunması" mövzusunda populist açıqlamalar verərək , Qarabağ məsələsini "tam həll olunmamış" kimi qələmə verməyə çalışıb.
3."Ədalətli Rusiya-Həqiqət naminə" partiyasının lideri Sergey Mironov Qarabağda “ermənilərin təhlükəsizliyi” bəhanəsi ilə Azərbaycanın mövqeyinə qarşı çıxışlar edib.
4.Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Qarabağın statusunu hələ də "çözülməmiş məsələ" kimi təqdim edib və Ermənistanın xeyrinə açıqlamalar verib.
5.Dövlət Dumasının xarici əlaqələr komitəsinin üzvü Aleksey Çepa Qarabağda yaşayan ermənilərin "öz müqəddəratını təyin etmə hüququ" ilə bağlı çağırışlar səsləndirib.
6. Jirinovskinin vəfatından sonra onun yaratdığı LDPR partiyasının bəzi nümayəndələri (məsələn, Leonid Kalaşnikov) hələ də erməni separatizmini pərdəarxası dəstəkləyən açıqlamalara üstünlük verirlər.
Bundan əlavə, 2023-cü ildən sonra rus siyasətçiləri  “sülhməramlı” kontingentin  Qarabağdan çıxmaq istəmədiyini müxtəlif bəhanələrlə sübut etməyə çalışırdılar.

Rusiya rəsmiləri bir neçə dəfə "sülhməramlıların fəaliyyəti uzadılmalıdır" tipli təkliflərlə çıxış edərək, Azərbaycanın suverenlik hüququna zidd mövqe nümayiş etdirmişlər. Bütün bu faktlar və  təxribatçı mövqelər Azərbaycan-Ermənistan sülh müqaviləsi prosesinə mane olur. Rusiya rəsmilərinin  müdaxilələri Ermənistanda revanşist qüvvələri stimullaşdırır və Ermənistanın real sülh prosesindən yayınmasına zəmin yaradır.

Bütün bu təxribatçı çıxışlara  baxmayaraq, Azərbaycan öz qətiyyətli mövqeyini dəyişmir. Qarabağ məsələsi artıq birdəfəlik həll edilib, ərazi bütövlüyümüz beynəlxalq hüquq çərçivəsində bərpa olunub. Azərbaycan diplomatiyası bütün beynəlxalq platformalarda bu faktı təsdiqləyir və təxribatçı ritorikanın qarşısını alır.

Rus siyasətçilərinin bu cür açıqlamaları beynəlxalq hüquqa və  regionun real geosiyasi reallıqlarına uyğun gəlmir. Azərbaycan dövləti və xalqı bu cür iddialara qarşı həmişə olduğu kimi, bundan sonra da qətiyyətli və prinsipial mövqedə qalacaq.

Qəvami SADIQBƏYLİ
10 İyun 2025-ci il

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 İyun 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri