Icma.az
close
up
RU
Bu qəzetlər birləşir? Amaşov baş redaktor qalır, Musayev isə...

Bu qəzetlər birləşir? Amaşov baş redaktor qalır, Musayev isə...

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlərdə Azərbaycanın media sahəsində inkişaf və islahatlara yönəlmiş mühüm addımlar atılır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu çərçivədə, informasiya yayımının daha effektiv və müasir tələblərə uyğun təşkili məqsədilə "Xalq qəzeti” ilə "Respublika" qəzetinin birləşdirilməsi ehtimalı müzakirə olunur.

Belə bir təşəbbüs media qurumlarının strukturunun təkmilləşdirilməsi, resursların daha səmərəli istifadəsi və oxuculara daha keyfiyyətli, dolğun, aktuallığı yüksək məlumatların çatdırılması baxımından önəm daşıyır. Eyni zamanda, bu addım Azərbaycan mediasının rəqabət qabiliyyətini artırmaq və informasiya məkanında vahid, güclü platformaların formalaşmasına zəmin yaratmaq məqsədi güdür. Media resurslarının birləşdirilməsi yeni çağırışlara cavab verə biləcək innovativ və çevik informasiya yayım sistemlərinin yaradılmasına imkan verəcək.

Bakıvaxtı.az xəbər verir ki,  adıçəkilən qəzetlərin birləşdirilməsi söhbəti yenidən gündəmdədir. Saytımızın əldə etdiyi məlumata görə, hətta bununla bağlı müzakirələr aparılıb. Bu barədə bizi məlumatlandıran mənbə bildirib ki, qəzetlərin birləşməsindən sonra “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov yenə postunda qalacaq. “Respublika” qəzetinin hazırkı baş redaktoru Hümbət Musayev isə “Xalq qəzeti”nmin baş redaktorunun birinci müavini olacaq.

Bakıvaxtı.az-ın əməkdaşı deyilənlərlə bağlı "Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov və “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayevlə əlaqə saxlayıb.

Əflatun Amaşov qeyd edib ki, o da bu məlumatı ictimai müzakirələrdən eşidib:

“Xalq” və “Respublika” qəzetlərinin birləşdirilməsi ilə bağlı yayılan məlumatlar hələ ki, rəsmi təsdiqini tapmayıb. Bu, şayiə də ola bilər, dezinformasiya da. Mən bu barədə yalnız eşitmişəm".

Əflatun Amaşov hesab edir ki, media sahəsində struktur islahatlarına ehtiyac olsa da, belə vacib qərarlarla bağlı rəsmi açıqlamaların verilməsi daha doğru olardı.

Hümbət Musayev isə bildirib ki, belə bir birləşmənin reallığını zaman göstərəcək. O, qəzetlərin strukturunda yeniliklərin qaçılmaz olduğunu vurğulayıb:

“Media sahəsində aparılan islahatlar daha dayanıqlı və effektiv informasiya mühitinin yaradılmasına xidmət edir və bu istiqamətdə addımların atılması gözlənilir”.

Nəticə etibarilə, "Xalq" və "Respublika" qəzetlərinin birləşdirilməsi həm keyfiyyət, həm də kəmiyyət baxımından mediasferada yenilənmənin əlaməti ola bilər.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 May 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri