RƏSMİ TEHRAN ABŞ a ƏL UZATDI: Trampla eyni fikirdəyik, o, düz deyir Bizi ABŞ la müharibəyə cəlb etməyə çalışırlar
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
ABŞ-ın hücum ehtimalı İran Prezident Donald Trampa "Sülh əl"i uzadıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran Xarici işlər naziri Abbas Araqçı danışıb.
O, Tehranın İranın nüvə silahına sahib olmayacağına zəmanət verən ədalətli bir razılaşmanə gözlədiklərini deyib: "Tramp nüvə silahına sahib olmamağımızla bağlı şərtindən tamamilə razıyıq. Yalnız nüvə sahəsində tam razılığa gəlməyə hazırıq. Biz ədalətli anlaşmaya imza atmağa hazırıq. Bununla müharibənin qarşısını ala bilərik. Bundan sonra isə İranda ABŞ şirkətlərinə də yaşıl işıq yandırmağa hazırıq. Bunun müqabilində sanksiyaların aradan qaldırılmasını gözləyirik. Lakin bütün bunlar üüçn ABŞ bizə etibarlı zəmanət verməlidir. Bu, mütləqdir".
XİN başçısı daha sonra deyib ki, ABŞ-la istənilən məsələni müzakirə etməyə hazırdırlar: "Mənim fikrimcə, müharibə qaçılmaz deyil və qarşısı alına bilər. Müharibənin qarşısını almağın ən yaxşı yolu ona hazır olmaqdır. Müharibəyə hazır olmaq döyüşmək istədiyimiz anlamına gəlmir, əksinə, bu, müharibədən qaçmağa çalışdığımız anlamına gəlir. Ən böyük narahatlığım bu məsələlərdə yanlış məlumatlara və səhv hesablamalara əsaslanan hərbi əməliyyatlardır".
Nazir bildirib ki, bir çox güclər ABŞ-ı İranla müharibəyə cəlb etməyə çalışırlar: "Lakin ABŞ prezidenti Tramp düzgün qərar vermək üçün qüdrətindədir. İranla ABŞ arasında mümkün müharibənin bütün bölgəyə öz təsirini göstərəcək. Bu, faktdır".
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 02 Fevral 2026 00:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















