Icma.az
close
up
RU
Rəsmi Tehran niyə Zəngəzur dəhlizi İran üçün qəbuledilməzdir” deyir? TƏHLİL

Rəsmi Tehran niyə Zəngəzur dəhlizi İran üçün qəbuledilməzdir” deyir? TƏHLİL

Icma.az, Mia.az saytına istinadən bildirir.

İrəvanda keçirilən “Yerevan Dialoqu 2025” beynəlxalq forumunda iştirak edən İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib ki, “Ermənistan İran üçün vacib ölkədir. Biz Ermənistandan açıq şəkildə eşitmək istəyirik ki, dəhliz olmayacaq. Zəngəzur dəhlizi İran üçün qəbuledilməzdir”.

S.Xətibzadə Zəngəzur dəhlizi ilə bağlı açıq şəkildə qərəzli yanaşma sərgiləyərək, bu layihənin region üçün təhlükə doğuracağını iddia edib. Halbuki İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərindən əvvəl AzTV-yə müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini belə ifadə etmişdi: “İran tərəfi düşünür ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, problem yoxdur”.

S.Xətibzadənin “Ermənistandan eşitmək istəyirəm ki, dəhliz olmayacaq” fikri Tehranın rəsmi ritorikasının daha açıq səsləndiyini göstərir. İran onsuz da uzun müddətdir ki, Zəngəzur dəhlizi məsələsinə “dəhliz” sözünün özü ilə bərabər ciddi strateji və geosiyasi təhdid kimi yanaşır. Başqa cür desək, Tehran üçün bu layihə sadəcə nəqliyyat infrastrukturu deyil, İranın Ermənistan üzərindən Avrasiya və Avropa ilə əlaqə imkanlarının zəifləməsi və regionda Türkiyə–Azərbaycan tandeminin güclənməsi deməkdir.

Pezeşkianın AzTV-yə müsahibəsində səsləndirdiyi yumşaq mövqe Tehranın iki səviyyəli ritorika strategiyasını ortaya qoyur. Belə ki, Tehran Prezident səviyyəsində Ermənistanın suverenliyinə toxunulmadığı təqdirdə dəhlizə qarşı olmadıqlarını bəyan edir və beləcə əslində beynəlxalq aləmdə İranın “konstruktiv vasitəçi” obrazını qorumağa çalışır.

Hesab edirəm, bu, İranın daxili elita balansında mövcud olan siyasi fikir müxtəlifliyinin xarici siyasətə təsiridir. Misal üçün bir neçə gün öncə “Azad İran” informasiya kanalının İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən yaydığı məlumata əsasən, ali rəhbər Ayətullah Seyid Əli Xameneinin Azərbaycandakı ofisinin yenidən fəaliyyətə başlayacağı bildirildi. Qısa müddət sonra bu məlumat APA tərəfindən təkzib edildi.

İran cəmiyyəti və siyasi elitası daxilində fərqli güc mərkəzləri var: Prezident, Ali rəhbər , SEPAH və Xarici İşlər Nazirliyi fərqli ritorikalarla çıxış edə bilir. Bəzən İran daxilindəki sərt qanad – xüsusilə SEPAH – region ölkələri ilə münasibətləri daha aqressiv çərçivədə yenidən dizayn etmək istədiyi halda, prezident və diplomatik qanad bu yanaşmanı balanslaşdırmağa çalışır.

Hazırkı mərhələdə İran–Azərbaycan münasibətləri diplomatik kalibrasiya dövrünü yaşayır. Tehranın bəzi dairələri Azərbaycanı regional güc olaraq qəbul etmək istəmir və Ermənistanla əməkdaşlığı strateji balans vasitəsi kimi qorumağa çalışır. Digər tərəfdən, İranın iqtisadi elitası və beynəlxalq əlaqələrə açıq qanadı Azərbaycanın enerji və tranzit layihələrində iştirak etmək istəyir.

Azərbaycanda ofis məsələsi isə süni şəkildə dövriyyəyə buraxılmış bir sınaq ola bilər. İstisan deyil ki, Tehran bu sınaqla Azərbaycan ictimai rəyinin, mediasının və rəsmi dairələrinin reaksiyasını ölçmək istəyib. Lakin nəticə etibarilə Bakının reaksiyası sərt oldu və geri çəkilmək məcburiyyətində qaldılar.

Zəngəzur dəhlizi ətrafında baş verənlər, Xameneinin guya Azərbaycanda ofis açacağı barədə yayılan və təkzib edilən məlumat, eləcə də İran rəsmilərinin ziddiyyətli bəyanatları birbaşa əlaqəli hadisələrdir. Bunlar İranın regionda geosiyasi mövqelərini qorumaq üçün müxtəlif istiqamətlərdə apardığı strateji oyunun elementləridir. Lakin bu oyun artıq təkqütblü deyil. Azərbaycan öz milli maraqlarını təmin etmək üçün həm diplomatik, həm də iqtisadi alətlərdən istifadə edərək güc balansında yeni reallıqlar formalaşdırır. İran isə bu reallıqları ya qəbul etməli, ya da regional təcrid riskini daha da dərinləşdirməlidir.

Turan Rzayev

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://mia.az
archiveBu xəbər 27 May 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri