Icma.az
close
up
RU
Hörmüz boğazını Zəngəzur dəhlizi əvəz edəcək TƏHLİL

Hörmüz boğazını Zəngəzur dəhlizi əvəz edəcək TƏHLİL

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Zəngəzur və Hicaz Dəmir Yollarının açılması qlobal enerji daşınmalarını asanlaşdıracaq

Dünyada hökm sürən müharibələr, münaqişələr fonunda diqqətçəkən qarşıdurma Rusiya ilə Ukrayna arasında gedən müharibə, eləcə də ABŞ və İsrailin fars- molla rejimini sıradan çıxartmaq üçün apardıqları əməliyyatlardır. Məlumatlara istinadən qeyd etmək olar ki, artıq fars-molla rejimi son günlərini, bəlkə də son saatlarını yaşayır. Yaxın saatlarda molla rejiminin təslim olduğu xəbəri yayıla bilər. Çünki ABŞ və İsrailin molla rejiminə qarşı hərbi əməliyyatlarının başlanmasından bəri torpaqlarda ümumilikdə 20 minə yaxın hərbi obyekt, siyasi mərkəz sıradan çıxarılıb. ABŞ və İsrail qüvvələri molla rejiminin 120-dən çox gəmisini məhv edib. Bununla yanaşı molla rejiminin bütün siyasi, hərbi rəhbərləri öldürülüb.

Diqqətçəkən məqam ondan ibarətdir ki, fars-molla rejimi çökməkdə olduğunu anladığından region ölkələrini hədəfə alır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraq mütəmadi olaraq molla rejimnin raket və dron hücumlarına məruz qalır. Eyni zamanda rejim qlobal enerji böhranı yaratmaq üçün Hörmüz boğazından keçməli olan neft tankerlərinə problemlər yaradır. Gəmilər zərbələrə məruz qalmamaq üçün Hörmüz boğazından keçiddən imtina etməyə başlayıblar. Bu da dünyada ciddi şəkildə enerji böhranı yaradıb. Dənizlə daşınan dünya xam neftinin təxminən üçdəbiri bu dar su yolundan keçir. Gündə orta hesabla 20 milyon barel xam neft daşıyan təxminən 100-110 tanker qlobal bazarlara çıxmaq üçün boğazdan keçir. Bu məbləğ qlobal neft istehlakının təxminən 20%-ni təşkil edir.

Məlum fakt ondan ibarətdir ki, Oman dövləti Hörmüz boğazına daha yaxın olsa da, proseslərə müdaxilə etməyir. Bundan istifadə edən hazırkı fars –molla rejimi Hörmüz boğazına nəzarət edir.

Hörmüz boğazı təkcə regional deyil, həm də qlobal miqyasda strateji və iqtisadi təsir yaradan keçiddir. Neft və təbii qaz nəqlinin böyük bir hissəsi bu darboğazdan keçməklə yanaşı, regional güclər arasında hərbi və diplomatik güc mübarizələrinə də ev sahibliyi edir. Ona görə də boğazın əhəmiyyəti enerji nəqlindən çox-çox kənarda çoxşaxəli qlobal problem kimi qəbul edilir. Səudiyyə Ərəbistanı, Küveyt, İraq, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdən gələn tankerlər bu boğazdan keçərək Avropa, Asiya və Amerika bazarlarına yollanır.

Hörmüz boğazı aktuallığını itirir

Hərbi əməliyyatların keçirildiyi hazırkı məqamda fars-molla rejiminin boğazın şimal sahillərinə nəzarət etməsi, vaxtaşırı keçidi məhdudlaşdırması dünyada neft qiymətlərinin bahalaşmasına gətirib çıxarıb. ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının açılması ilə bağlı ziddiyyətli açıqlamalar verir. Yəni gah deyir ki, boğazın açılmasına nail olacaqlar, gah da bildirir ki, dəniz yolunun açılmasında maraqlı deyillər. Hətta Tramp boğazın açılması üçün Avropa ölkələrinin səylər göstərməli olduqlarını qeyd edir. Ötən gün jurnalistlərə açıqlamasında ABŞ prezidenti bildirdi ki, biz çox tezliklə gedəcəyik: “Əgər Fransa və ya başqa bir ölkə neft və ya qaz istəsə, boğazdan, Hörmüz boğazından keçəcək, birbaşa ora gedəcək və özlərinə qulluq edə biləcəklər. Əslində, düşünürəm ki, bu, çox təhlükəsiz olacaq, amma bizim bununla heç bir əlaqəmiz yoxdur. Boğaza nə olacaq? Bizim bununla heç bir əlaqəmiz olmayacaq, çünki həmin ölkələr, Çin, ora gedəcək, gözəl gəmilərini yanacaqla dolduracaq, dənizə çıxacaq və özlərinə qulluq edəcək. Bizim bunu etmək üçün heç bir səbəbimiz yoxdur".

D.Trampın Avropanı təhdid etməsinin səbəbi rəsmi Vaşinqtonun qoca qitədən əməliyyatlara dəstək göstərilməsi istəyidir. Lakin Fransa, İsveçrə, İspaniya, Almaniya, Böyük Britaniya ABŞ-ın tələbini rədd edirlər. Estoniyanın müdafiə naziri Hanno Pevkur "Politico"ya v nəşrinə verdiyi açıqlamasında bildirib ki, NATO müttəfiqləri ABŞ-ın İranda onlardan gözlədiyi konkret dəstək barədə çaşqınlıq içindədirlər. Hanno Pevkur qeyd edib ki, Estoniya Hörmüz boğazından gəmilərin daşınmasını təmin etməkdə ABŞ-a kömək etməyə hazırdır, lakin Donald Tramp administrasiyası NATO müttəfiqlərindən əslində nə istədiyindən əmin deyil.

Dünyada yaranan enerji böhranın aradan qaldırılması üçün müxtəlif təkliflər irəli sürülür, Suriya İqtisadiyyat və Sənaye Nazirliyinin məsləhətçisi Usamə əl-Qadi Hörmüz boğazından asılılığı azaldacaq enerji daşınması üçün alternativ quru yolları yaratmaq üçün strateji təşəbbüs irəli sürüb.

Layihəyə müasir yüksək sürətli şəbəkənin bir hissəsi olaraq Hicaz Dəmir Yolunun dirçəldilməsi daxildir. Şimalda Türkiyəni cənubda Səudiyyə Ərəbistanının Mədinə şəhəri ilə birləşdirmək və Suriya ilə Səudiyyə Ərəbistanı arasında İordaniya vasitəsilə yüksək sürətli dəmir yolu əlaqəsi təmin etmək planlaşdırılır. Bu marşrut təhlükəsiz quru dəhlizləri vasitəsilə gündə təxminən 7 milyon barel neft nəql edə biləcək.

Zəngəzur dəhlizinə diqqət artır

Bu arada Türkiyə, Pakistan və ərəb ölkələri Zəngəzur dəhlizinin açılmasının tezləşdirilməsinin vacibliyini irəli sürüblər. Məlumdur ki, Zəngərur dəhlizi strateji əhəmiyyətinə və qlobal gücünə görə Hörmüz boğazından geri qalmır. Əgər dəhlizin açılması tez bir zamanda baş tutarsa bu Hörmüz bağazı kimi təkcə iqtisadi deyil, həm də böyük güclərə təsir etmək imkanına dəhliz olacaq. Hörmüz boğazı ilə Zəngəzur dəhlizinin fərqi yalnız ondan ibarətdir ki, birinci su, ikinci isə quru yoludur. Zəngəzur dəhlizin uzunluğu 40 kilometr, eni isə 15 kilometrə yaxın olacaq. Hörmüz boğazının uzunluğu 50 kilometr, eni isə 33 kilometrdir. Dünyanın istənilən nöqtəsindən Zəngəzur dəhlizi vasitəsi ilə yükdaşınmalar həyata keçirmək mümkün olacaq. Xüsusilə də, Zəngəzur dəhlizi vasitəsi ilə Çindən, Hindistandan, Orta Asiyadan Türkiyə və Avropaya məhsullar daşınması təmin olunacaq. Bu isə tarixi İpək yolunun bərpası deməkdir. Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasındakı çıxışında demişdir: “Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.

Bir sözə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə dünyada enerji böhranı tamamilə aradan qalxacaq. Fasiləsiz və təhlükəsiz daşınmalar dəhlizə böyük üstünlüklər gətirəcək. Bu üstünlükdən yalnız region deyil, dünyanın istənilən ölkəsi və xalqları bəhrələnmək imkanı qazanacaq.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Aprel 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri