Rəsmi Tehran: Zəngəzur dəhlizi regionun geosiyasətini dəyişdirməməlidir
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Dəhlizlər suverenliyə və ərazi bütövlüyünə xələl gətirməməlidir.
APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə Zəngəzur dəhlizi üzrə ölkəsinin rəsmi mövqeyinə dair suala cavabında deyib.
O bildirib ki, region ölkələri arasında əlaqələrin genişləndirilməsi dəstəklənsə də, bu proses heç bir halda suverenlik və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərə xələl gətirməməlidir.
“Biz region ölkələri arasında mübadilənin və əlaqələrin genişləndirilməsini dəstəkləməklə razılaşsaq da, eyni zamanda, biz həmişə vurğulamışıq ki, bu keçidlərin yaradılması suverenlik və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərə xələl gətirməməli və regionun geosiyasətində dəyişikliklər yaratmamalıdır. Bəzi hallarda Qafqaz regionunda digər ölkələrin danışıqları və mövqeləri yanlış şərh oluna bilər. Bununla bağlı mövqeyimiz aydındır və biz bunu dəfələrlə bəyan etmişik”, - Bəqai qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 21 İyul 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















