Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Zəngəzur dəhlizi Tehran ilə Kreml arasında problem yaradıb

Zəngəzur dəhlizi Tehran ilə Kreml arasında problem yaradıb

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Son günlər Zəngəzur dəhlizi mübahisəsində Azərbaycana dəstək verməsinə görə İran Rusiyaya qarşı gözlənilməz tənqidlər səsləndirib.
Reyting.az
xəbər verir ki, bu barədə INSS yazıb.
İsrail nəşrinin müəllifi, tanınmış iranşünas Raz Zimmt qeyd edib:
Azərbaycanı Naxçıvan anklavı - ərazi baxımından ölkənin qalan hissəsindən ayrılmış bölgə ilə birləşdirən dəhliz Azərbaycan və Ermənistan arasında gərginlik mənbəyidir. İran dəhliz üzərində Azərbaycanın nəzarətinə qarşı çıxır, çünki o, İran və Ermənistan arasında və oradan da Avropaya gedən marşrutu əngəlləyir.
Rusiya prezidenti Vladimir Putinin Bakıya son səfərindən sonra Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib və Ermənistanı iki ölkə arasında sülh sazişinin əldə edilməsi səylərinə mane olmaqda ittiham edib.
Rusiyanın mövqeyi son illərdə, xüsusən də Ukrayna müharibəsindən sonra Ermənistanla münasibətlərinin soyumasını və Ermənistanın Qərblə əhəmiyyətli dərəcədə yaxınlaşmasını əks etdirir.
Rusiyanın bəyanatlarına cavab olaraq Rusiyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin baş direktoru ilə dəqiqləşdirmə görüşünə çağırılıb. Baş direktor İranın Qafqazdakı beynəlxalq sərhədlərin dəyişdirilməsinə qarşı olduğunu bir daha vurğulayıb.
İranın digər yüksək vəzifəli rəsmiləri də Rusiyanın siyasətini sərt şəkildə tənqid ediblər. İnqilab Keşikçiləri Korpusunun keçmiş komandiri və Məsləhət Şurasının üzvü Möhsün Rezayi Rusiyanın davranışının iki ölkə arasındakı strateji əlaqələrə zidd olduğunu iddia edib.
Məclis üzvü Əhməd Naderinin iddiasına görə, İranın Rusiyanın əvvəlki hərəkətlərinə sərt reaksiya verməməsi Moskvanı cəsarətləndirib.
İranın Xarici işlər naziri Abbas Əraqçi də Rusiyanın mövqeyini dolayısı ilə tənqid edib.
O, “X”-də yazıb ki, İran qonşularının ərazi bütövlüyünə hər hansı təhdid və ya sərhədlərin yenidən cızılmasının tamamilə qəbuledilməz sayır və bu, İran üçün “qırmızı xətt” təşkil edir.
Zəngəzur dəhlizi ilə bağlı bu gərginlik İranın Rusiyaya qarşı çoxdankı şübhəsini və son illərdə, xüsusən də Ukraynadakı müharibədən sonra möhkəmlənmiş strateji tərəfdaşlıqlarına baxmayaraq, onların əlaqələrinin təbii məhdudiyyətlərini vurğulayır.
Hazırkı gərginlik Tehranda yeni seçilmiş prezident Məsud Pezeşkianın başçılığı ilə yeni hökumətin formalaşması fonunda baş verir. Prezident Rusiya ilə yaxşı münasibətləri davam etdirmək öhdəliyini vurğulayıb. O, Qərblə nüvə danışıqlarını yeniləməyə, sanksiyaları aradan qaldıracaq və Qərblə münasibətləri yaxşılaşdıracaq siyasi həllə nail olmağa çalışır.
İranın yaxın vaxtlarda Rusiyaya qarşı strategiyasını dəyişməsi ehtimalı azdır və hətta iki ölkənin tezliklə çoxillik strateji əməkdaşlıq sazişi imzalayacağı gözlənilir. Bununla belə, İranın Rusiyanın davranışından artan narazılığı və Moskvanın İranın gözləntilərini yerinə yetirmədiyinə dair təsəvvür Tehranın Moskvaya münasibətdə rəsmi mövqeyində şübhə yaradıb və gələcəkdə onlar arasında gərginlik üçün imkanlar yarada bilər.
Y. QACAR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 May 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see284

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see277

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see268

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see259

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see259

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see258

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see255

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see250

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see245

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see243

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see230

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see228

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see226

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see221

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see219

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see219

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see216

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see209

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see205

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri