Icma.az
close
up
RU
RESPUBLİKAÇI SENATORLAR TRAMPA QƏZƏBLƏNİB “Tramp və Vensin Putinlə “sevgi münasibəti”ndən iyrənirəm”

RESPUBLİKAÇI SENATORLAR TRAMPA QƏZƏBLƏNİB “Tramp və Vensin Putinlə “sevgi münasibəti”ndən iyrənirəm”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Respublikaçı senatorlar Prezident Donald Trampın Rusiyaya və onun neftini alan ölkələrə qarşı sərt sanksiya qanunvericiliyinin qəbuluna icazə verməməsindən getdikcə daha çox narazıdırlar.

“AzPolitika” xəbər verir ki, “The Hill” nəşrinin yazdığına görə, Trampın bu hərəkətsizliyi respublikaçı senatorları əmin edir ki, o, Ukraynaya kömək etmək məsələsində ciddi deyil.

Nəşr yazır ki, Alyaska sammitini və vitse-prezident Vensin Putinin sülh danışıqlarına yanaşmasını müdafiə edən son bəyanatlarını şərh edən senatorlardan biri “Tramp, J.D. (Vance) və onların “Putinlə sevgi münasibəti”ndən iyrənirəm” deyib.

O, əlavə edib ki, Rusiyanın ötən həftə Ukraynaya iri PUA-larla və raketlərlə kütləvi hücumu ciddi təxribatdır və Putinin Vaşinqtondan çəkinmədiyinin açıq əlamətidir: "Onlar sadəcə bizim nə qədər əyilməyə hazır olduğumuzu sınayırlar. Bu, mənim ürəyimi bulandırır”.

Başqa bir respublikaçı senator qeyd edib ki, Tramp bəzən Rusiya haqqında sərt danışıb, lakin sözlərini əməlləri ilə “dəstəkləməyib”. O vurğulayıb ki, Tramp Rusiyaya yumşaq desək, “ziddiyyətli siqnallar” göndərir.

“The Hill”in yazdığına görə, Ukraynaya milyardlarla dollarlıq əlavə hərbi yardımı və Rusiyanın neft ixracına qarşı sanksiyaları dəstəkləyən respublikaçı senatorlar Trampın müharibə ilə bağlı hərəkətlərinə qarşı qəzəb və narahatlıqlarını hələlik tam açıq ifadə etmirlər. Lakin bəziləri Trampı birbaşa tənqid etməsələr də, daha çox açıq şəkildə danışırlar.

Senator Lisa Murkovski deyib ki, keçən ay Tramp və Putin arasında keçirilən Alyaska sammiti “Ukraynaya heç bir xeyir vermədi”: "Niyə biz Rusiyaya qarşı sanksiya qanun layihəsini zalda müzakirə etmədik? Mən bunun cavabını bilirəm: prezident vaxt istədi, amma biz ona bütün yayı verdik. Bütün yayı ona verdik, görün nə oldu. Hamı Alyaska sammitinin nəyəsə nail olacağını düşünürdü, amma bunun Ukrayna üçün pis olduğu ortaya çıxdı. Bu, sadəcə Putinin çıxışı idi".

Senator Tom Tillis isə Konqresdə sanksiya qanunu layihəsində irəliləyişin olmamasından narazılığını ifadə edərək, onun qəbulunun Rusiyaya güclü siqnal ola biləcəyini vurğulayıb: "Bu, güclü rıçaqdır. Mən sadəcə başa düşmürəm ki, niyə bu rıçaqı masanın üzərində buraxırıq?”

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Sentyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see223

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see217

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see202

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see189

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see187

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see146

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see140

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see139

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see139

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see137

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see130

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri