Icma.az
close
up
RU
Rəssamlarının ilham mənbəyi Şuşa

Rəssamlarının ilham mənbəyi Şuşa

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azadlığı ilə Azərbaycana zəfər yaşadan mədəniyyət paytaxtımız Şuşa zəngin sənətkarlığı, al-əlvan, rəngarəng təbiəti ilə rəssamların da hər zaman diqqət mərkəzində olub.

Modern.az Şuşanın təsvir olunduğu bəzi əsərləri təqdim edir.


Səttar Bəhlulzadə 3 ay Şuşada qaldığı müddətdə burada çəkdiyi 70-dən çox eskizin əsasında “Cıdır düzü” (1956-1957), “Şuşanın yaxınlığında”, “Yuxarı Daşaltı”, “Çaxmaq meşəsi” (1956-1957), “Dumanlı dağlar”, “Qarabağ mənzərəsi” (1957), “Qarabağda” (1959), “Qarabağ motivi” (1950-ci illər) kimi mənzərə əsərlərini yaradıb.  Qarabağ mənzərələri silsiləsindən ən uğurlu olanı “Yuxarı Daşaltı” tablosu hesab edilir.

Rəsm Qarabağın dağlıq bölgəsinin xarakterik mənzərəsini təsvir edir. Rəsm əsərində sübh tezdən, son ulduzların yenicə söndüyü təsvir edilib. Gümüş-ağ sis çadrasının üstündə qarlı dağ zirvəsinin əzəmətli silueti də görünür. S.Bəhlulzadə özünə xas rəng keçidlərinin ən dəqiq qradasiyasını təsvir edir və bu mənzərəyə baxdıqda, zehni olaraq bütün təbiəti hərəkətdə təsəvvür etmək mümkün olur. 
 

Rəssam Mahmud Tağıyevin yaradıcılığı çox çalarlı olsa da, onun əsas mövzularından biri Qarabağ təbiətidir. Əsasən Şuşada olduğu müddət çəkdiyi  "Şuşa topxanası", "Yaylaqda", "Şuşa lalələri" kimi rəsmlərində özünəməxsus tərzi özünü göstərir. Onun 1960-cı ildə kağız üzərində çəkdiyi “Şuşa” isə yaradıcılığının ən yaxşı tablolarından biri hesab edilir.

Əsərdə Şuşa mənzərəsi Cıdır düzündə, yaz fəslində təsvir edilib. Səmanın çəhrayı çalarları dan yerinin söküldüyü vaxtı göstərir. Eyni zamanda quşların topa şəkildə təsviri, çəmənlik və güllərin ahəngi tabloya xüsusi yaz aurası qatır. Bu mənzərəyə baxdıqda, ruhən həmin ab-havanı duymaq mümkündür.
 

Kamil Xanlarovun da yaradıcılığında mənzərə janrına üstünlük təşkil edir. Lirik emosionallıq, kolorit ustalığı rəssamın əsərlərinin əsasını təşkil edir. Yaradıcılıq ezamiyyətlərində olarkən ölkənin bir sıra bölgələrini gəzən rəssam füsunkar təbiət lövhələri yaradıb. Bunlar içərisində  “Şuşanın ətrafı” (1957), “Murovdağın görünüşü” (1972),  “Araz sahilində” (1965), “Noraşen vadisi” (1968), “Cənub sərhədində” (1972), “Mənzərə. Şuşa” (1983) kimi əsərləri misal göstərək olar. Kamil Xanlarovun 1964-cü ildə kətan parça üzərində təsvir etdiyi “Şuşa” mənzərəsi isə melonxonik tərzi, sərt lirikası  ilə digər əsərlərindən daha çox fərqlənir.

Bu rəsm axşamüstü, dağların arasında yerləşən Şuşa sakinlərinin evlərini təsvir edir. Rənglərin ton ahəngliyi, soyuq və isti rənglərin növbələşməsi bir nöb kolorit tarazlığı yaradıb və bu bir tərəfdən Şuşanın füsünkar təbiətini göstərir, digər tərəfdən isə qışa hazırlaşan təbiətin sakitliyini, kimsəsizliyini özündə əsk etrir. Tablo son dərəcə fərdi dəsti-xətii ilə seçilir. Mənzərəyə baxdıqda  evlərin içindəki ab-havanı belə duymaq mümkün olur. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Noyabr 2024 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri