Icma.az
close
up
RU
Restoranda iftar etmək neçəyə başa gəlir?

Restoranda iftar etmək neçəyə başa gəlir?

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ramazan ayında iftar süfrələrinin təşkili, həmişəki kimi, gündəmin əsas mövzularından biridir. Bəziləri iftarını restoran və kafelərdə açmağa üstünlük verir, bəziləri isə dostlarına jest edərək iftar süfrələrinin məhz ictimai iaşə müəssisələrində təşkilinə çalışırlar.

Artıq paytaxtda və ətraf ərazilərdə fəaliyyət göstərən bir çox iaşə obyektləri xüsusi iftar menyularını təqdim etməyə başlayıblar. Menyularda şorba, xurma və sərinləşdirici içkilərdən tutmuş isti yeməklər, kabab növləri, plov, salatlar və şirniyyatlara qədər müxtəlif təamlar yer alır. Təklif olunan çeşidin zənginliyi isə qiymətlərdə fərqlilik yaradır.

Bəzi məkanlarda daha münasib paketlər təqdim olunsa da, mərkəzi ərazilərdə və yüksək xidmət səviyyəsi ilə seçilən restoranlarda qiymətlər xeyli dəyişir.

Bəs bu il restoranlarda iftar etmək istəyənlər nə qədər xərc çəkməli olacaqlar?

Milli.Az xəbər verir ki, oxu.az-ın əməkdaşı müxtəlif ərazilərdə iftar menyularının qiymətlərini araşdırıb.

Ümumi qənaət belə oldu ki, paytaxtda fəaliyyət göstərən ictimai iaşə obyektlərində iftar menyusunun qiyməti bir nəfər üçün 25-90 manat arasında dəyişir.

Bəzi obyektlərdə iftarla yanaşı, imsak menyusu üçün açıq bufet də təşkil olunub. Bu zaman böyüklər üçün qiymət 18-20 manat təşkil edir. Yeddi yaşına qədər uşaqlar üçün ödəniş tələb olunmur, səkkiz yaşlı uşaqlara isə 50 faiz endirim tətbiq edilir.

Nərimanov rayonu ərazisində fəaliyyət göstərən restoranlarda iftar menyusunun qiyməti 25-50 manat aralığındadır. Təqdim olunan menyuya müxtəlif şorbalar, soyuq qəlyanaltılar, meyvə şirələri, çay və desertlər daxildir.

Səbail rayonunda isə qiymətlər 25-35 manat arasında dəyişir. Qiymət fərqi, əsasən, təqdim olunan əsas yeməyin toyuq, mal və ya balıq ətindən hazırlanmasından asılıdır. Müştərilərə bir neçə növ qəlyanaltı, salat, isti yemək, desert və içki təqdim olunur. İçkilər sırasında qazsız su, kompot və çay yer alır, desert olaraq isə xurma və günə uyğun şirniyyat verilir.

Nizami küçəsi ərazisində iftar menyusunun qiyməti 25-30 manat arasında dəyişir. Menyuda müxtəlif növ şorbalar, salatlar, isti yeməklər, ayran, kompot, su və türk paxlavası təqdim olunur.

Sumqayıt şəhərində isə qiymətlər 29-35 manat aralığındadır. Bu məbləğə üç çeşid şorba, soyuq məzələr, iki növ əsas yemək, meyvə suyu, ayran və şirniyyat olaraq xurma daxildir.

Bayıl qəsəbəsində fəaliyyət göstərən restoranlarda isə qiymətlər 30-90 manat arasında dəyişir.

Dilarə Əliyeva küçəsində yerləşən bəzi obyektlərdə iftar menyusunun qiyməti 10-25 manat arasında təklif olunur. Menyuya toyuq və ya ətlə hazırlanan isti yeməklər, şorbalar, müxtəlif salatlar (çoban, manqal, paytaxt), kələm turşusu, reyhan kompotu, ayran və çay daxildir.

Qeyd edək ki, göstərilən qiymətlər bir nəfər üçün nəzərdə tutulub və hər kəs təklif olunan növlərdən birini seçə bilər.
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Fevral 2026 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri