Icma.az
close
up
RU
Restoranlar toylarda Monqolustan və Ukrayna ətləri verir Toy sahibləri ALDADILIR

Restoranlar toylarda Monqolustan və Ukrayna ətləri verir Toy sahibləri ALDADILIR

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıdakı bir çox restoran və şadlıq evlərində keçirilən toy mərasimlərində Monqolustandan gətirilən qoyun, Ukraynadan gətirilən mal ətindən istifadəyə edildiyinə dair məlumatlar yayılıb.
 

Qeyd edilir ki, həmin ətlər yerli istehsalla müqayisədə restoranlara xeyli ucuz başa gəlir. İstehlakçılara yerli məhsul kimi təqdim olunan Monqolustan və Ukrayna ətlərindən toy mərasimləri üçün tikəkabab, lüləkabab, basdırma və digər yeməklər hazırlanır.


Adi günlərdə də restoranlar müştərilər üçün yemək hazırlanmasında bu ətlərdən istifadə edirlər.
Bizim.Media xəbər verir ki, mövzu ilə əlaqədar modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Ukraynadan və Monqolustandan gətirələn ətlər nəzarət altındadı və normal ətlərdir:
“Məsələn, Monqolustan İrana qat-qat çox ət ixrac edir və bunlar əsasən quzu ətləridir.
 

Ukraynada isə bu bizneslə əsasən azərbaycanlılar məşğul olurlar. Azərbaycanda son 8 ayda ət defisitinin qarşısını almaq üçün bu istiqamətdə idxal başlayıb.


Lakin birmənalı şəkildə bu ətlər donmuş ətlər olur. Yenə də deyirəm ki, bu ətlər normaldır və Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir. Eyni zamanda, yerli ətlərdən xeyli ucuzdur”.
E.Hüseynov bu ətlərlə bağlı istehlakçılardan daxil olan zənglər barədə də danışıb:
“İstehlakçı zənglərini ümumiləşdirsək, qeyd edilir ki, Monqolustan ətlərinin dadı yerli heyvan ətlərindən xeyli geri qalır. O ətləri insanlar istehlak etdikdə kabab və digər yeməklərdə dərhal hiss edirlər və bu barədə bizə məlumat verirlər”.
E.Hüseynov onu da qeyd edib ki, restoran və şadlıq evlərinin sahibləri istehlakçılara, yaxud sifariş verənlərə birmənalı şəkildə ətin mənşəyini bildirməyə borcludur:
“Sifariş verən vətəndaş bu barədə məlumat əldə etməkdə haqlıdır. Restoran və şadlıq sarayları tərəfindən bu barədə məlumat verilmir, yaxud yanlış informasiya verilirsə, bu, istehlakçı hüquqlarının pozulmasıdır.
Belə hallarda istehlakçıların hüququ var ki, dövlət orqanlarına müraciət edib, aldadıldıqlarını bildirsinlər. Bu, yolverilməzdir”.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Noyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri