Restoranlar toy edəcək şəxslərdən vəsiqə tələb edə bilər? AÇIQLAMA
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Təəssüflər olsun ki, atılan bütün addımlara baxmayaraq, hələ də cəmiyyətimizdə erkən nikahların baş verdiyinin şahidiyik".
Bunu "Unikal"a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, restoranlar pula görə hər şeyə getməli deyillər.
"Onlar da qanunun tələbinə ciddi şəkildə əməl etməlidirlər. Dəyişikliklərdə bu prosesdə iştirak edən şəxslər və qurumlar barədə də ciddi cəzalar nəzərdə tutulub. İctimai iaşə obyektləri bilməlidirlər ki, qanunu pozduqları halda ciddi cəzalandırılacaqlar. Onlar da qanunun aliliyini qorumalıdırlar. Bu sadə məsələ deyil. Burada söhbət həm də bir millətin genofondundan, gələcək nəslin qorunmasından və sağlam böyüməsindən gedir. Təbii ki, çıxış yolu kimi nikah şəhadətnaməsini və digər sənədləri tələb edə bilərlər", - deyə deputat bildirib.
Qeyd edək ki, Astarada 17 yaşlı Əfsanə İmanova faciəli şəkildə həyatını itirib. Oktyabrın 28-i Astaradakı şadlıq saraylarının birində onun toy mərasimi keçirilib. 7 aylıq hamilə olan Əfsanə daha sonra özünü pis hiss edib. Gecə saatlarında xəstəxanaya çatdırılan Ə.İmanova oktyabrın 29-u saat 06 radələrində vəfat edib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 30 Oktyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















