Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Rəsul Quliyev İlham Əliyevi təbrik etdi: “Ətrafında dəmir yumruq kimi …”

Rəsul Quliyev İlham Əliyevi təbrik etdi: “Ətrafında dəmir yumruq kimi …”

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“ABŞ-nin iştirakı və imzası ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sənədin Azərbaycan, o cümlədən Ermənistan üçün çox mühüm əhəmiyyəti var”.

“Yeni Sabah” xəbər verir ki, bu aşıqlama ilə Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev çıxış edib.

O, bildirib ki, ilk növbədə, Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqəsi bərpa olunur, başqa sözlə, ölkə vahidləşir: Sezar pizza

“Ancaq bu, aysberqin görünən tərəfidir. Onun kökünün strateji əhəmiyyəti dəfələrlə möhtəşəmdir. Bu saziş işləməyə başlayacağı gündən Ermənistanın qazancı Azərbaycandan heç də az olmayacaq. 

1. Siyasi nöqteyi-nəzərdən hər iki ölkə aqressiv Putin Rusiyasından nəhayət ki, xilas olacaq. Sözsüz ki, Rusiya Azərbaycandan daha çox Ermənistanda xaos yaratmağa çalışacaq. Azərbaycanda bu mümkün deyil, çünki ölkəmiz öz qüdrətini artıq göstərə bilib və onu Türkiyə, Pakistan və İran kimi dostları, həmçinin yəhudi dünyası ciddi dəstəkləyir. Eyni zamanda, Türk dünyasının Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan dövlətləri də dəstəkləyənlər arasındadır. Bu, 600 milyona yaxın, başqa sözlə, dünya əhalisinin 10 faizə yaxın əhalisinin mövqeyidir, onu iqnor etmək sadəcə mümkün deyildir… Ən başlıca səbəb isə, ölkəmizin daxilində milli vəhdətin, siyasi birliyin olmasıdır. Demək olar ki, ölkənin əksər ciddi siyasi qüvvələri prezident İlham Əliyevin xarici siyasətini tamlıqla, vahid orqanizm şəklində dəstəkləyir və Prezident ətrafında dəmir yumruq kimi birləşiblər… Buraya prezident Əliyevin ölkədaxili şəxsi nüfuzunu da əlavə etmək yerinə düşər. Bütün bu səbəblər onu deməyə əsas verir ki, Azərbaycanda Rusiyanın imkanları sıfıra bərabərdir. 

Ermənistana gəldikdə isə, heç şübhəsiz ki, vəziyyət fərqlidir. Koçaryan, Sarkisyan və onların ətrafındakı azsaylı neofaşistlər Rusiyanın pulu ilə ölkələrini həmişə sata bilərlər. Ancaq qeyd etmək lazımdır ki, bu saziş sözsüz ki, Paşinyanın siyasi mövqeyini də xeyli gücləndirmiş oldu.

2. Bu sənədə demək olar ki, dünyanın tanınmış ölkələrinin yarısından çoxu müsbət rəy verdi, Azərbaycan və Ermənistanı təbrik etdilər.

3. Bu sənəd regionda yaranacaq stabilliyə start verdi və Qafqaz regionunda siyasi ab-havanı dəyişdi, o cümlədən Dağıstan, Çeçenistan, İnquşetiya, Abxaziya və Cənubi Osetiyaya düşünüb-daşınmaq şəraiti yaratdı. 

4. Sənəd Azərbaycan-Ermənistan əlaqələrini (Ermənistanın münaqişə yaratmaq xəstəliyinə qarşıdır) normallaşdıra bilər.

İqtisadiyyat baxımından, ilk növbədə, Ermənistanın İrandan başqa, Türkiyədən də dünyaya qapısını açacaq. Ermənistanın ixrac potensialı zəifdir, yəni xaricə satacaq elə bir məhsulu yoxdur. Ancaq kiçik bizneslərini inkişaf etdirə bilərlər. Bu yol tarixi İpək yolunun şah damarına çevrilə bilər. Bir çox məhsulun Asiya bazarından, o cümlədən Çindən Qazaxıstan və Tükmənistan limanlarına, oradan da Azərbaycana və dəmir yolu vasitəsilə həm də Ermənistandan keçməklə Avropa bazarına çıxarılmasına imkan yarada bilər. Bahalı və qeyri-stabil Rusiya yolundansa, bu yol bütün ölkələr üçün daha sərfəli olacaq. Sözsüz, bu işləri görmək üçün çox böyük investisiya qoyulmalıdır. Portlar müasir texnologiya ilə genişləndirilməlidir. Bəlkə də, 10 ildən sonra 2-ci dəmir yolu xətti inşa edilməlidir.

Ermənistan bir çox enerji məhsullarını Azərbaycandan daha ucuz qiymətə ixrac edə bilər. Azərbaycan İpək yolu layihəsinin əsas iştirakçısına çevrilməlidir. Bu layihələri həyata keçirmək üçün dollar ekvivalentində 100 milyardlarla pul xərcləmək lazım gələcək. 10 minlərlə insan özlərinə yeni iş yerləri tapacaq. Ümumilikdə milyard dollarlarla əmək haqları veriləcək. Bir sözlə, bu sənəd dünya iqtisadiyyatına yeni nəfəs, yeni texnologiyalar və ekstra stabillik gətirə bilər. Bu, proseslərin hələ başlanğıcıdır. Ümid edirəm ki, maksimum 30 ilə bu gün həyata keçirilən bu böyük və olduqca əhəmiyyətli xarici siyasətin möhtəşəm bəhrəsi görünəcək. Mən də təbrik edənlərə qoşuluram, xalqımızı, dövlətimizi və dövlətimizin başçısını ürəkdən təbrik edirəm…”


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Avqust 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri