Icma.az
close
up
RU
“BU ADAM AĞLINI İTİRİB...” Rəsul Quliyev xalqı hökumətin ətrafında birləşməyə çağırır

“BU ADAM AĞLINI İTİRİB...” Rəsul Quliyev xalqı hökumətin ətrafında birləşməyə çağırır

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Moskva yenidən Azərbaycanı təhdid etmək üçün təhlükəli üsullara əl atır. Hansısa ölkənin səfirliyinə hücum təşkil etmək beynəlxalq hüquq normalarına tamamilə ziddir. Bir faiz ləyaqəti olan dövlət belə addım atmaz. Hətta Hitler belə müharibəyə başlamazdan əvvəl sovet səfirliyinin əməkdaşlarına ölkəni tərk etməyi əvvəlcədən bildirmişdi”.

“AzPolitika” bildirir ki, bunları Azərbaycan parlamentinin keçmiş sədri Rəsul Quliyev “Facebook” səhifəsində yazıb.

Rusiyanın son addımlarını kəskin tənqid edən keçmiş spiker, Moskvanın aqressiv siyasətinə qarşı təkcə Azərbaycanın deyil, ümumilikdə Asiya ölkələrinin dayana bilməsinin çətin olduğunu bildirib. “Rusiya həmişə quduz vəziyyətdə olub. Ukraynanın dirənişini misal göstərmək olmaz. Ukraynanın əhalisi Azərbaycandan dörd dəfə çoxdur, güclü hərbi-sənaye kompleksi var və xalq bir yumruq kimi birləşib. Ətrafında səkkiz Avropa İttifaqı ölkəsi dayanır”, – o, vurğulayıb.

R.Quliyev Azərbaycan cəmiyyətinə çağırış edərək, bütün xalqın dövlətin ətrafında həmrəy olmasının vacibliyini bildirib. “Azərbaycan xalqı bir nəfər kimi hökumətin ətrafında birləşməlidir. Elə etmək lazımdır ki, Rusiyadakı və Azərbaycana gəlib-gedən rusiyalı və azərbaycanlılar bunu dərindən dərk etsin və xalqın vuruşmaq əzminə inansınlar”, – deyə eks-spiker qeyd edib.

O, hesab edir ki, türk dövlətləri arasında, Türkiyənin liderliyi ilə həm iqtisadi, həm də hərbi sazişlərin imzalanmasının vaxtı çoxdan çatıb. Rəsul Quliyev Rusiyanın iqtisadi göstəricilərinə toxunaraq bildirib ki, Kremlin real gücü çox şişirdilir: “Rusiya ildə 2,5 trilyonluq məhsul istehsal edirdi, bunun 90 faizi neft və qaz ixracıdır. Mən əminəm ki, bu il bu rəqəm 1,8 trilyona düşəcək. Türk dövlətlərinin ümumi istehsalı isə 5 trilyona yaxındır, əhalisi Rusiyadan 1,8 dəfə çoxdur. Bu o deməkdir ki, Rusiya türk dövlətləri birliyinin qarşısında diz çökməyə məcbur olacaq”.

Eks-spiker əlavə edib ki, türk dövlətləri Pakistanı da cəlb etməklə böyük bir güc mərkəzi yarada bilər.

“Putin ağlını itirib, yeni imperiya yaratmaq xülyası ilə yaşayır”

R.Quliyev Rusiyanın imperialist siyasətinin əsas müəllifinin Vladimir Putin olduğunu deyib: “Bu adam ağlını itirib və yenidən Sovet İttifaqı yaratmaq xəyalı ilə yaşayır. Onun siyasi səhnədən getməsi, istər fiziki, istər xalq üsyanı nəticəsində, hər şeyi dəyişəcək”.

O əlavə edib ki, Rusiya tarixinə nəzər saldıqda, bu ölkədə tez-tez diktatorların hakimiyyətə gəldiyini və yeni torpaqlar işğal etmək həvəsinin bitmədiyini görmək olur. Rəsul Quliyev hesab edir ki, Azərbaycan güclü iqtisadi və hərbi ittifaq yaratmağa çalışmalıdır: “Biz yaxın 10 ildə ümumi istehsalı 10 trilyona çatdırmalıyıq. Pakistanın da daxil olduğu hərbi alyans bizim üçün həyati vacibdir”.

Eks-spiker Çinin gələcək planlarına da toxunaraq, qeyd edib: “Çin çox güman ki, əhalisinin azı 100 milyonunu Sibirə və Tayqaya yerləşdirməyə çalışacaq. Bu, bizim üçün ciddi təhlükədir. Çin ekspansiyası sülh şəraitində ölkələri özündən asılı vəziyyətə salmaqla həyata keçirilir. Biz güclü olsaq, onunla bərabərhüquqlu tərəfdaş ola bilərik”.

R.Quliyev sonda əlavə edib ki, Rusiyada yaşayan bəzi azərbaycanlıların Azərbaycana qarşı danışmağa məcbur edilməsi narahatlıq yaratmamalıdır. “Onların maksimum 10 faizi ürəkdən Azərbaycanın əleyhinə ola bilər. Əsas məsələ Putinlə dil tapmaq deyil, onun qarşısında güclü dövlətlər birliyinin olduğunu göstərməkdir”, – eks-spiker fikrini tamamlayıb.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Noyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri