Icma.az
close
up
RU
Rəsul Quliyev İlham Əliyevi təbrik etdi: “Ətrafında dəmir yumruq kimi …”

Rəsul Quliyev İlham Əliyevi təbrik etdi: “Ətrafında dəmir yumruq kimi …”

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“ABŞ-nin iştirakı və imzası ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sənədin Azərbaycan, o cümlədən Ermənistan üçün çox mühüm əhəmiyyəti var”.

Turkustan.az xəbər verir ki, bu aşıqlama ilə Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev çıxış edib.

O, bildirib ki, ilk növbədə, Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqəsi bərpa olunur, başqa sözlə, ölkə vahidləşir:

“Ancaq bu, aysberqin görünən tərəfidir. Onun kökünün strateji əhəmiyyəti dəfələrlə möhtəşəmdir. Bu saziş işləməyə başlayacağı gündən Ermənistanın qazancı Azərbaycandan heç də az olmayacaq.

1. Siyasi nöqteyi-nəzərdən hər iki ölkə aqressiv Putin Rusiyasından nəhayət ki, xilas olacaq. Sözsüz ki, Rusiya Azərbaycandan daha çox Ermənistanda xaos yaratmağa çalışacaq. Azərbaycanda bu mümkün deyil, çünki ölkəmiz öz qüdrətini artıq göstərə bilib və onu Türkiyə, Pakistan və İran kimi dostları, həmçinin yəhudi dünyası ciddi dəstəkləyir. Eyni zamanda, Türk dünyasının Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan dövlətləri də dəstəkləyənlər arasındadır. Bu, 600 milyona yaxın, başqa sözlə, dünya əhalisinin 10 faizə yaxın əhalisinin mövqeyidir, onu iqnor etmək sadəcə mümkün deyildir… Ən başlıca səbəb isə, ölkəmizin daxilində milli vəhdətin, siyasi birliyin olmasıdır. Demək olar ki, ölkənin əksər ciddi siyasi qüvvələri prezident İlham Əliyevin xarici siyasətini tamlıqla, vahid orqanizm şəklində dəstəkləyir və Prezident ətrafında dəmir yumruq kimi birləşiblər… Buraya prezident Əliyevin ölkədaxili şəxsi nüfuzunu da əlavə etmək yerinə düşər. Bütün bu səbəblər onu deməyə əsas verir ki, Azərbaycanda Rusiyanın imkanları sıfıra bərabərdir.

Ermənistana gəldikdə isə, heç şübhəsiz ki, vəziyyət fərqlidir. Koçaryan, Sarkisyan və onların ətrafındakı azsaylı neofaşistlər Rusiyanın pulu ilə ölkələrini həmişə sata bilərlər. Ancaq qeyd etmək lazımdır ki, bu saziş sözsüz ki, Paşinyanın siyasi mövqeyini də xeyli gücləndirmiş oldu.

2. Bu sənədə demək olar ki, dünyanın tanınmış ölkələrinin yarısından çoxu müsbət rəy verdi, Azərbaycan və Ermənistanı təbrik etdilər.

3. Bu sənəd regionda yaranacaq stabilliyə start verdi və Qafqaz regionunda siyasi ab-havanı dəyişdi, o cümlədən Dağıstan, Çeçenistan, İnquşetiya, Abxaziya və Cənubi Osetiyaya düşünüb-daşınmaq şəraiti yaratdı.

4. Sənəd Azərbaycan-Ermənistan əlaqələrini (Ermənistanın münaqişə yaratmaq xəstəliyinə qarşıdır) normallaşdıra bilər.

İqtisadiyyat baxımından, ilk növbədə, Ermənistanın İrandan başqa, Türkiyədən də dünyaya qapısını açacaq. Ermənistanın ixrac potensialı zəifdir, yəni xaricə satacaq elə bir məhsulu yoxdur. Ancaq kiçik bizneslərini inkişaf etdirə bilərlər. Bu yol tarixi İpək yolunun şah damarına çevrilə bilər. Bir çox məhsulun Asiya bazarından, o cümlədən Çindən Qazaxıstan və Tükmənistan limanlarına, oradan da Azərbaycana və dəmir yolu vasitəsilə həm də Ermənistandan keçməklə Avropa bazarına çıxarılmasına imkan yarada bilər. Bahalı və qeyri-stabil Rusiya yolundansa, bu yol bütün ölkələr üçün daha sərfəli olacaq. Sözsüz, bu işləri görmək üçün çox böyük investisiya qoyulmalıdır. Portlar müasir texnologiya ilə genişləndirilməlidir. Bəlkə də, 10 ildən sonra 2-ci dəmir yolu xətti inşa edilməlidir.

Ermənistan bir çox enerji məhsullarını Azərbaycandan daha ucuz qiymətə ixrac edə bilər. Azərbaycan İpək yolu layihəsinin əsas iştirakçısına çevrilməlidir. Bu layihələri həyata keçirmək üçün dollar ekvivalentində 100 milyardlarla pul xərcləmək lazım gələcək. 10 minlərlə insan özlərinə yeni iş yerləri tapacaq. Ümumilikdə milyard dollarlarla əmək haqları veriləcək. Bir sözlə, bu sənəd dünya iqtisadiyyatına yeni nəfəs, yeni texnologiyalar və ekstra stabillik gətirə bilər. Bu, proseslərin hələ başlanğıcıdır. Ümid edirəm ki, maksimum 30 ilə bu gün həyata keçirilən bu böyük və olduqca əhəmiyyətli xarici siyasətin möhtəşəm bəhrəsi görünəcək. Mən də təbrik edənlərə qoşuluram, xalqımızı, dövlətimizi və dövlətimizin başçısını ürəkdən təbrik edirəm…” /Yeni Sabah/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Avqust 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see489

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see202

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see164

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see134

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see133

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see132

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see130

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see129

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see128

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see127

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see126

“Aynadaki yabancı” da uğursuz oldu

09 Noyabr 2025 14:17see126

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see125

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see124

“Səbəbləri bilirəm, amma danışmaq həll yolu deyil”

09 Noyabr 2025 18:20see122

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see121

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see120

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see120

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri