“Bu adam ağlını itirib...” Rəsul Quliyev xalqı hökumətin ətrafında birləşməyə çağırdı
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Moskva yenidən Azərbaycanı təhdid etmək üçün təhlükəli üsullara əl atır. Hansısa ölkənin səfirliyinə hücum təşkil etmək beynəlxalq hüquq normalarına tamamilə ziddir. Bir faiz ləyaqəti olan dövlət belə addım atmaz. Hətta Hitler belə müharibəyə başlamazdan əvvəl sovet səfirliyinin əməkdaşlarına ölkəni tərk etməyi əvvəlcədən bildirmişdi”.
Bakupost.az bildirir ki, bunları Azərbaycan parlamentinin keçmiş sədri Rəsul Quliyev “Facebook” səhifəsində yazıb.
Rusiyanın son addımlarını kəskin tənqid edən keçmiş spiker, Moskvanın aqressiv siyasətinə qarşı təkcə Azərbaycanın deyil, ümumilikdə Asiya ölkələrinin dayana bilməsinin çətin olduğunu bildirib. “Rusiya həmişə quduz vəziyyətdə olub. Ukraynanın dirənişini misal göstərmək olmaz. Ukraynanın əhalisi Azərbaycandan dörd dəfə çoxdur, güclü hərbi-sənaye kompleksi var və xalq bir yumruq kimi birləşib. Ətrafında səkkiz Avropa İttifaqı ölkəsi dayanır”, – o, vurğulayıb.
R.Quliyev Azərbaycan cəmiyyətinə çağırış edərək, bütün xalqın dövlətin ətrafında həmrəy olmasının vacibliyini bildirib. “Azərbaycan xalqı bir nəfər kimi hökumətin ətrafında birləşməlidir. Elə etmək lazımdır ki, Rusiyadakı və Azərbaycana gəlib-gedən rusiyalı və azərbaycanlılar bunu dərindən dərk etsin və xalqın vuruşmaq əzminə inansınlar”, – deyə eks-spiker qeyd edib.
O, hesab edir ki, türk dövlətləri arasında, Türkiyənin liderliyi ilə həm iqtisadi, həm də hərbi sazişlərin imzalanmasının vaxtı çoxdan çatıb. Rəsul Quliyev Rusiyanın iqtisadi göstəricilərinə toxunaraq bildirib ki, Kremlin real gücü çox şişirdilir: “Rusiya ildə 2,5 trilyonluq məhsul istehsal edirdi, bunun 90 faizi neft və qaz ixracıdır. Mən əminəm ki, bu il bu rəqəm 1,8 trilyona düşəcək. Türk dövlətlərinin ümumi istehsalı isə 5 trilyona yaxındır, əhalisi Rusiyadan 1,8 dəfə çoxdur. Bu o deməkdir ki, Rusiya türk dövlətləri birliyinin qarşısında diz çökməyə məcbur olacaq”.
Eks-spiker əlavə edib ki, türk dövlətləri Pakistanı da cəlb etməklə böyük bir güc mərkəzi yarada bilər.
“Putin ağlını itirib, yeni imperiya yaratmaq xülyası ilə yaşayır”
R.Quliyev Rusiyanın imperialist siyasətinin əsas müəllifinin Vladimir Putin olduğunu deyib: “Bu adam ağlını itirib və yenidən Sovet İttifaqı yaratmaq xəyalı ilə yaşayır. Onun siyasi səhnədən getməsi, istər fiziki, istər xalq üsyanı nəticəsində, hər şeyi dəyişəcək”.
O əlavə edib ki, Rusiya tarixinə nəzər saldıqda, bu ölkədə tez-tez diktatorların hakimiyyətə gəldiyini və yeni torpaqlar işğal etmək həvəsinin bitmədiyini görmək olur. Rəsul Quliyev hesab edir ki, Azərbaycan güclü iqtisadi və hərbi ittifaq yaratmağa çalışmalıdır: “Biz yaxın 10 ildə ümumi istehsalı 10 trilyona çatdırmalıyıq. Pakistanın da daxil olduğu hərbi alyans bizim üçün həyati vacibdir”.
Eks-spiker Çinin gələcək planlarına da toxunaraq, qeyd edib: “Çin çox güman ki, əhalisinin azı 100 milyonunu Sibirə və Tayqaya yerləşdirməyə çalışacaq. Bu, bizim üçün ciddi təhlükədir. Çin ekspansiyası sülh şəraitində ölkələri özündən asılı vəziyyətə salmaqla həyata keçirilir. Biz güclü olsaq, onunla bərabərhüquqlu tərəfdaş ola bilərik”.
R.Quliyev sonda əlavə edib ki, Rusiyada yaşayan bəzi azərbaycanlıların Azərbaycana qarşı danışmağa məcbur edilməsi narahatlıq yaratmamalıdır. “Onların maksimum 10 faizi ürəkdən Azərbaycanın əleyhinə ola bilər. Əsas məsələ Putinlə dil tapmaq deyil, onun qarşısında güclü dövlətlər birliyinin olduğunu göstərməkdir”, – eks-spiker fikrini tamamlayıb.
Bu mövzuda digər xəbərlər:“BU ADAM AĞLINI İTİRİB...” Rəsul Quliyev xalqı hökumətin ətrafında birləşməyə çağırır
19 Noyabr 2025 13:20
Rəsul Quliyev İlham Əliyevi təbrik etdi: “Ətrafında dəmir yumruq kimi …”
10 Avqust 2025 10:14
“Bu adam ağlını itirib...” Rəsul Quliyevdən ŞOK sözlər
19 Noyabr 2025 14:45
Rəsul Quliyev Azərbaycana qayıdır?
21 Oktyabr 2025 00:24
Baxış sayı:105
Bu xəbər 19 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















