Rəsulzadə küçəsində şirkət qeydiyyata alındı Xankəndidə ilk
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xankəndi şəhərində dövlət qeydiyyatına alınan şirkət ilə bağlı yenilik edilib.
Yeniavaz.com xəbər verir ki, hüquqi ünvanı “Xankəndi şəhəri, ev M.Ə.Rəsulzadə 86” olaraq göstərilən “Qarabağ İdman Obyektləri” MMC (VÖRN – 8800012021) adlı şirkət 29 oktyabr 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, daha əvvəl Xankəndi şəhərində dövlət qeydiyyatına alınan şirkətlərin hüquqi ünvanında küçə adları qeyd olunmayıb.
İlk dəfə olaraq Xankəndidə qeydiyyata alınan “Qarabağ İdman Obyektləri” MMC-nin hüquqi ünvanı “M. Ə. Rəsulzadə 86” olaraq göstərilir.
Məlumat üçün onu da bildirək ki, Rusiyanın məşhur axtarış sistemində – “Yandex”də M. Ə. Rəsulzadə küçəsinin Xankəndinin mərkəzi küçəsi olduğu göstərilir.
Lakin digər məhşur axtarış sistemində – “Google”da həmin küçənin “Tumanyan” küçəsi olduğu göstərilib.
Onu da bildirək ki, Azərbaycanda ən çox istifadə olunan “Bolt” tətbiqi vasitəsi ilə Xankəndi şəhərinə sifariş verildiyi zaman da küçə adları olaraq anti-terror əməliyyatlarından əvvəlki qondarma küçə adları göstərilir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Rəsulzadə yad edildi....
29 May 2025 11:35
Azərbaycanın üç ölkə ilə yaratdığı şirkət Buxarestdə qeydiyyata alındı
03 Fevral 2025 13:57
Bu ünvanda onlarla şirkət qeydiyyata alındı Riskli vergi ödəyicisi hesab olunurlar
06 Noyabr 2024 17:17
Rəsulzadə adına liseydən ÖZƏL FOTOLAR
31 Yanvar 2025 17:04
Tarix yazan böyük şəxsiyyət Rəsulzadə
07 Mart 2025 09:10
Baxış sayı:53
Bu xəbər 12 Dekabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















