Reuters: ABŞ yə məxsus beş F 35 qırıcısı Puerto Rikoya enib
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) beşinci nəsil "F-35" qırıcılarından beşi Venesuela ilə gərginliyin artdığı bir vaxtda ABŞ-yə məxsus ada dövləti olan Puerto-Riko ərazisinə enib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verir.
Agentliyin məlumatına əsasən, ən yeni Amerika qırıcılarının enməsi adanın şimal-şərqində yerləşən Seyba şəhərindəki keçmiş hərbi dəniz bazası Ruzvelt-Roudsda müşahidə edilib.
Həmçinin bu bölgədə Amerika helikopterləri və "Osprey" konvertoplanları da görülüb.
Bundan əvvəl Pentaqon rəhbəri Pit Heqset Karib dənizi bölgəsində hərbi mövcudluğu artırmaq məqsədilə narkotik qaçaqmalçılığına qarşı mübarizənin gücləndirilməsi bəhanəsi ilə Puerto-Rikoya səfər edib. Heqset və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Puerto-Riko qubernatoru Cennifер Qonsaleslə görüşüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 14 Sentyabr 2025 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















