Reuters: Demokratlar Tramp və Maskın son iki ildəki hərəkətlərini araşdırır
Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Demokrat Partiyasının siyasətçiləri Donald Trampın ABŞ prezidenti kimi hərəkətləri ilə bağlı araşdırma üçün materiallar hazırlayırlar. İstintaqa SpaceX-in baş direktoru İlon Mask və Tramp ailəsinin üzvləri cəlb edilə bilər.
Oxuməni.az xəbər verir ki, bu barədə Reuters onlarla konqresmen, vəkil və siyasi məsləhətçinin şərhlərinə əsasən məlumat verib.
Qeyd olunur ki, ABŞ Demokrat Partiyasının bir çox nümayəndəsi əvvəllər 3 noyabrda keçirilən ara seçkilərdən sonra Trampa qarşı dərhal impiçment araşdırması tələb etmiş, lakin əvvəlcə ABŞ prezidentinin oğulları Mask və çoxsaylı Ağ Ev işçilərinə qarşı ittihamları da əhatə edə biləcək bütün hüquqi əsasları toplamağa üstünlük vermişdi.
Amerikanın Arnold & Porter şirkətinin konqres nəzarəti üzrə mütəxəssisi Reyçel Kotton Reuters agentliyinə bildirib ki, "Həm ABŞ prezident administrasiyasını, həm də özəl sektoru hədəf alacaq çoxlu sayda aqressiv və genişmiqyaslı araşdırmalar gözləyirik".
Bir müddət əvvəl amerikalı politoloq Dimitri Saymz TASS-a bildirib ki, konqres seçkilərindən sonra ABŞ prezidentinin hakimiyyətdən uzaqlaşdırılması gözlənilməz ssenari olaraq qalır. Analitikin sözlərinə görə, "Respublikaçılar Trampı Ağ Evdən uzaqlaşdırmaq üçün edilən hər hansı cəhdin qarşısını ala biləcəklər".
Aralıq seçkilərdən sonra ABŞ Demokrat Partiyası Konqresin hər iki palatasında - Senatda və Nümayəndələr Palatasında çoxluq qazandı. Tramp seçkilərin nəticələrini tanıdı. Demokratlar hətta ənənəvi Respublikaçı ştatlarda da qalib gəldilər.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 06 Noyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















