Reuters : Məhkəmə Trampın xarici tələbələrin Harvarda gəlməsini qadağan edən qərarını dayandırıb
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.
Hakim Ellison Burrovsun qərarına görə, Trampın növbəti altı ay ərzində Harvardda təhsil almaq üçün xarici vətəndaşların ABŞ-a daxil olmasını qadağan edən göstərişi məhkəmələrin işə təfərrüatlı baxmaq şansı olmayana qədər “dərhal və düzəlməz zərərə” səbəb olacaq.
Federal hakim ABŞ administrasiyasının may ayında Harvard Universitetinə beynəlxalq tələbələri qəbul etməyi qadağan edən qərarını blokladı. Müvəqqəti qadağa hökumətin Harvard sertifikatını ləğv etməsinə mane olur və bu, universitetə ABŞ-da təhsil almaq üçün beynəlxalq tələbələri qəbul etməyə imkan verir.
Daha əvvəl xəbər verildiyi kimi, Ağ Ev Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbulu ilə bağlı icazəsini dayandırıb. Səlahiyyətlilərin fikrincə, İsrailin Qəzza zolağında hərbi əməliyyatlarına qarşı çıxan fələstinli fəallara görə universitet yəhudi əsilli tələbələrin tam təhlükəsizliyini təmin edə bilmir. Buna cavab olaraq universitet Boston federal məhkəməsində iddia qaldırıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 06 İyun 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















