Reuters: Ukrayna Silahlı Qüvvələrinin təcrübəsi NATO nu dəyişir..?
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
...Beş Avropa ölkəsi müdafiə sənayesini gücləndirmək məqsədilə hərbi dronlar üçün investisiya planı elan etməyi planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.
Agentlik və Polşa Müdafiə Nazirliyindəki mənbə tərəfindən nəzərdən keçirilən sənədə görə, beş Avropa İttifaqı ölkəsi dronların inkişafı üzrə əməkdaşlıq etmək niyyətindədir.
Reuters yazır ki, Ukraynadakı müharibə tutucu dronların bahalı hava hücumundan müdafiə raketlərinə necə təsirli alternativ ola biləcəyini nümayiş etdirdi və Kiyevin Avropa müttəfiqləri bu təcrübədən dərs çıxarmağa can atırlar.
Beş müdafiə nazirindən ibarət qrup - Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniya – bu günlərdə cümə günü Polşanın Krakov şəhərində görüşəcək.
Avropa müdafiə imkanlarını gücləndirir...
Nazirlər, Vaşinqtonun NATO alyansı daxilində qitəni müdafiə etmək öhdəliyinə dair artan şübhələr fonunda Avropa İttifaqının müdafiə qabiliyyətlərini gücləndirdiyi bir vaxtda görüşürlər.
Reuters tərəfindən görülən və dəyişdirilə bilən bəyanatda nazirlərin "Avropa müdafiə sənayesi bazasının istehsal gücünün həqiqətən artırılmasını dəstəklədiyi" bildirilir. Bundan əlavə, onlar “Avropa İttifaqının üzv dövlətlərə müdafiə xərcləri üçün daha çox maliyyə çevikliyi təmin etmək və kredit alətləri yaratmaq öhdəliyini alqışlayırlar”. Eyni zamanda, onlar qeyd edirlər ki, Avropa İttifaqının rolu milli səviyyədə qalan müdafiə imkanlarını dəstəkləməkdir. Avropalı nazirlər həmçinin Rusiyadan gələn hibrid təhdidlərə qarşı mübarizə aparmaq və Ukraynanı və onun sülhə nail olmaq səylərini dəstəkləməyə davam etmək üçün NATO və Avropa İttifaqı daxilində əməkdaşlıq etməyə sadiqdirlər.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 21 Fevral 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















