Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Çinlilərdən inqilabi neft emalı üsulu

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Səhər yeməyində buna diqqət edin!

Panik atakla infarktı necə ayırd etmək olar?

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

Revanşistlərin “absurd teatrı”

Revanşistlərin “absurd teatrı”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Daşnaklar müharibədən bezmiş erməni xalqını Azərbaycanla döyüşə çağırırlar

Deyəsən, dünyada baş verən geosiyasi dəyişikliklər, güc mərkəzləri arasında müşahidə edilən mübarizənin yeni mərhələsi daşnakları xam xəyallara qapılmağa sövq edib. Son günlər bu cinahdan hay cəmiyyətinə edilən revanşist çağırışların zəminində məhz beynəlxalq amilin dayandığını söyləyə bilərik.

“Beynəlxalq aləmdə vəziyyət dəyişib və bu, bizə fövqəlgüclərlə bir-birini tamamlayan şəkildə işləmək və maraqlarımızı qorumaq imkanı verir”. Bunu Ermənistan parlamentindəki “Ermənistan” fraksiyasının deputatı, “Daşnaksütyun” partiyasının nümayəndəsi Armen Rustamyan mətbuat konfransında bildirib. Rustamyan bu qənaətdədir ki, “Daşnaksütyun” hazırda bu aydın gündəmi bölüşən bütün qüvvələrlə, o cümlədən partiyanın ali orqanı səviyyəsində əməkdaşlığa hazır olduqlarını bəyan edib. O, daxildə yürüdülən “antimilli kursda dəyişiklik etmək üçün zəruri şərt kimi hakimiyyət dəyişikliyini həyata keçirməyə hazır olmağın” vacibliyini önə çəkib.

Aydın məsələdir ki, daşnaklar mövcud hakimiyyəti necə devirmək ətrafında açıq və gizli sövdələşmələri həmişə davam etdiriblər. Rustamyan partiyalarının ümumi yığıncağında mübarizələrinin özəyini təşkil edən üç müxalifət hərəkatının şansının təhlil edildiyini bildirib: “Təbii ki, ümumi yığıncaqda məqsədimizə çata bilməməyimizlə bağlı narazılıq da ifadə olundu. Ümumi yığıncaq müxalifət hərəkatlarının bütün prosesini daha dolğun təhlil etmək və daha düzgün qərarlar qəbul etmək, keçmiş təcrübədən ibrət götürmək vəzifəsini ortaya qoydu ki, hakimiyyət dəyişikliyi həyata keçirilsin”.

Hay daşnakın sözlərinə görə, Ermənistanın “yeni xarici siyasətə ehtiyacı var ki, öz maraqları naminə indiki Ermənistan dövlətinin mövcudluğundan irəli gələn ölkələrlə əlaqələrimizi bərpa edə bilsin”. Bu kontekstdə, o, qarşıda duran əsas vəzifə kimi Rusiya ilə “hüquqi əsası olan strateji müttəfiqliyi” gücləndirməyin vacibliyini partiyadaşlarının nəzərinə çatdırıb. Bundan başqa, Rustamyan mətbuat konfransında İrəvanın təcili surətdə Tehranla hərbi-siyasi ittifaq bağlamağa çağırıb.

* * *

Azərbaycanla yeni müharibəyə hazırlaşdıqlarını açıq bəyan edən daşnak-revanşistlər partiyalarının yaxın illər üçün “strategiya”sını dərc edib. Sənəddə digər müddəalarla yanaşı, əsas vəzifələrin sırasında Azərbaycanın ərazi bütövlüyünə birbaşa meydan oxuyan məqamlar da yer alıb. “Strategiya”nın maddələrindən birində “Ermənistan dövlətinin möhkəmləndirilməsi, ərazi bütövlüyü və suverenliyinin bərpası” göstərilir. “Birincisi, Müstəqillik bəyannaməsinin ruhuna uyğun olaraq, Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpası məsələsidır”. “Daşnaksütyun” partiyasının funksioneri Yakob Ter-Xaçaturyan bunu qarşıda duran bir nömrəli məqsəd kimi qeyd edib.

Burada qeyd etməyi vacib sayırıq ki, daşnakların “strategiyasına” təkcə Qarabağı deyil, Naxçıvanı, eləcə də erməni millətçilərinin “Qərbi Ermənistan” adlandırdıqları Türkiyənin şərqini Ermənistanın tərkibində görmələri də daxildir. Yüz il bundan əvvəl Türkiyə Cümhuriyyəti tərəfindən tarixin zibilliyinə atılmış mənfur Sevr müqaviləsi, görünür, daşnaklar üçün hələ də “müqəddəs mətn” olaraq qalmaqdadır. Onu da aydın görmək mümkündür ki, Qarabağa iddia daşnaklar üçün əsas strateji hədəf sayılır. Onlar “Dağlıq Qarabağın” azad edilməsi uğrunda milli həmrəyliklə yanaşı, daha vacib vəzifə kimi qarşılarına “Arsax ermənilərinin öz evlərinə qayıtması üçün beynəlxalq siyasi və hüquqi təminatlardan istifadə etmək” məsələsini qoyurlar. Rustamyan Qarabağa qayıdış üçün hüquqi əsasların mövcudluğunu, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını yada salmağı da unutmur.

Beləliklə, qarşımızda bütün eskizləri aşkar sezilən bir mənzərə var. Ermənistanın əsas müxalifət partiyalarından biri, Koçaryanın partiyası ilə ittifaqda olan “Daşnaksütyun” yenidən Azərbaycana qarşı ərazi iddiaları məsələsini özünün rəsmi proqramı kimi müəyyənləşdirib. Yəni, etiraf etməliyik ki, “Daşnaksütyun”un azərbaycanlılara və türklərə qarşı proqram xarakterli nifrətinin anatomiyasında heç nə dəyişməyib. İntəhası, burada diqqəti çəkən başqa bir məqam odur ki, dünya erməniləri indiyə qədər heç vaxt indiki kimi ideoloji cəhətdən bu qədər səpələnmiş bir cəmiyyəti təmsil etməmişdilər.

Mövzu ilə bağlı XQ-yə fikirlərini açıqlayan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu daşnakların Ermənistan cəmiyyətində heç bir nüfuza malik olmadıqlarını bildirdi: “Onların dövrü keçmişdə qaldı. SSRİ dağılan zaman daşnakların müəyyən qədər çəkisi vardı. Amma elə o dövrdə də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan daşnaklarla mübarizə aparırdı. Hətta onların bir çox liderlərini həbs etdirmişdi. Koçaryan hakimiyyətə gələndən sonra isə daşnaklar onunla ittifaq yaratdılar. Bu da danılmaz faktdır ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra erməni cəmiyyəti müharibədən çəkinir, qorxur. Yəni, revanşizmə, yeni döyüşə çağırışlar edən heç bir siyasi təşkilat hayların dəstəyini qazana bilməyəcək. Çünki Ermənistan 44 gündə Azərbaycandan elə bir zərbə aldı ki, özünə gəlməkdən söhbət gedə bilməz. 8 minə yaxın hərbçisini itirən Ermənistanda heç bir ailə öz övladını müharibəyə göndərmək istəmir. Axı, həmin ailələr bunun heç bir faydasının olmayacağını, havayı itki verəcəklərini yaxşı anlayırlar. Daşnaklar onları buna çağırırlar.

Azərbaycan 10 milyon əhaliyə və bölgənin ən güclü ordusuna malikdir. Üstəlik, Türkiyə kimi strateji müttəfiqimiz də yanımızdadır. Əhalisinin sayı cəmi 2 milyon 500 min olan və azalmağa doğru gedən Ermənistan Azərbaycanla nə edə bilər? Heç nə! İstənilən xarakterli növbəti müharibədə yenə məğlub olacaq və itkilər verəcək. Buna görə daşnakların revanşist çağırışları nə real vəziyyətə uyğundur, nə də özünə tərəfdar qazanacaq. İndi baş nazir Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasını yubatsa da, o, müharibə terminini dilinə gətirməkdən çəkinir. Birincisi, onu dəqiq bilir ki, müharibədə yenə məğlub olacaq, ikincisi, bu ritorikanın erməni cəmiyyətində qəbul olunmadığını çox yaxşı bilir”.

* * *

Daşnakların xaricdəki erməni lobbisi və diasporu tərəfindən fəal şəkildə dəstəkləndiyi məlumdur. Bu da başadüşüləndir. Ermənistan vətəndaşlarının reallıqdan uzaq utopik ideyalara, torpaqlarını artırmaq, qonşularla müharibə haqqında fantaziyalara inanmadıqlarını onlar da yaxşı bilirlər. Sadəcə olaraq, zəngin ermənilər mövcud olduqlarını unutdurmamaq, varlıqlarının mənasını itirməmək üçün pul kisələrinin ağzını səxavətlə açmağa daim hazır vəziyyətdədirlər. Onlardan ötrü daşnakların revanşizm kimi “biznez layihələri” ianələr toplamaq üsulundan başqa bir şey deyil. Bu barədə narahatlıqları isə bahalı restoranda “steyk” yeyərək lətifə danışmaq səviyyəsindədir. Çünki marselli, kaliforniyalı varlı hay üçün hər şeyin boşa getməsinin, pulunun, sadəcə, oğurlanmasının o qədər də əhəmiyyəti yoxdur. Əsas odur ki, onların içlərində yemlədikləri “böyük erməni qüruru” razı qalsın. Əlbəttə ki, bu təsəvvürlər pul verənlərə aiddir.

Daşnakların liderlərinə gəlincə, onların motivasiyası o qədər də mürəkkəb deyil. Birincisi, diaspordan daha çox pul qoparmağa davam etmək, ikincisi, Ermənistanda hakimiyyəti ələ keçirmək... Çox güman ki, daşnaklar iqtidar partiyasının nisbi sabitliyi, əhalinin hazırkı baş nazirdən böyük məyusluğu fonunda məqsədlərini həyata keçirmək üçün fürsət gözləyirlər. Aydın məsələdir ki, onların “X saatı” Ermənistanın yeni konstitusiya layihəsinə səs verməsi olacaq. Axı, həmin an əsas qanundan müstəqillik bəyannaməsinə istinad, yəni Azərbaycana qarşı ərazi iddiaları tam çıxarılacaq. Daşnaklar məhz bu səsvermə anında “əsaslara qayıtmağın” vaxtının çatdığını anlayan ermənilərin qıcıqlanma hisslərinə təzyiq göstərməyi planlayırlar.

Paşinyanın komandası isə bu islahatı “kart-blanş” əldə etdikdən sonra həyata keçirmək niyyətindədir. Həmin “kart-blanş” 2026-cı il parlament seçkilərində qazanacağı həlledici çoxluq olmalıdır. Bu da öz növbəsində müxalifətin “Mülki müqavilə”ni iqtidardan kənarlaşdırmaq planını xeyli çətinləşdirmiş olacaq. Amma onu da unutmaq olmaz ki, daşnakların arxasında “zəngin terror təcrübəsi” dayanır. Əgər seçkilərdə ciddi nəticə əldə etməsələr, o zaman daxildə sabitliyi pozmağa bel bağlamalı olacaqlar. Baxmayaraq ki, bu variantı proqnozlaşdırmaq elə də xoşagələn məşğuliyyət deyil. Seçkilərə hələ bir il var və hakim partiyanın o vaxta qədər mövqeyini qoruyub saxlayacağını əminliklə söyləmək olmaz.

Daşnakların “absurd teatrı” adlandırıla biləcək yeni müharibəyə hazırlıq planlarını qəsdən reklam etdikləri də istisna edilməməlidir. Məqsəd bu yolla, guya, Azərbaycanı əndişələndirmək, cəmiyyətdə qorxu hissi yaratmaq və sülh danışıqlarında arzuladıqları güzəştləri əldə etməkdir. Rustamyanların, ter-xaçaturyanların istismar müddəti çoxdan qurtarmış belə ucuz “diplomatik manevrlərlə” nəyəsə nail olacaqlarına bağladıqları ümidlər elə arzu və xəyal olaraq qalacaq. Hətta Ermənistan müdafiə nazirliyinin Fransadan aldığı 26 ədəd “Bastion” zirehli transportyorunu, 12 ədəd “Sezar” artilleriya qurğusunu öz saytında tez-tez nümayiş etdirməsinin də bir faydası olmayacaq.

Bakı öz siyasətini Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq hadisələrin ən pis ssenarilər üzrə inkişafına uyğun şəkildə qurub. Əgər Ermənistan tərəfindən belə bir avantürist ssenarini həyata keçirmək cəhdləri olarsa, o zaman “dəmir yumruq” üçün hayların partiya mənsubiyyəti heç bir əhəmiyyət kəsb etməyəcək.

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Mart 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see349

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see252

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see232

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see229

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see213

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see212

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see209

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see199

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see181

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see180

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see178

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see175

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see174

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see174

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see171

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see167

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see164

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see163

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see163

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

27 Sentyabr 2026 14:58see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri