Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Çinlilərdən inqilabi neft emalı üsulu

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Bir prezidentin absurd teatrı

Bir prezidentin absurd teatrı

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Fransa prezidenti Emmanuel Makronun illik səfirlər konfransındakı çıxışı haqda daha əvvəl yazmışdım. Onun bəzi fikirlərini şərh etmişdim. Konkret olaraq, Azərbaycanla bağlı bəyanatlarına isə bu yazımda qısaca toxunmaq istərdim.

Makron deyib ki, Azərbaycan Avropada seçkilərə və Yeni Kaledoniyada Fransanın işlərinə qarışır.

Əvvəl ondan başlayaq ki, nədir Fransanın Yeni Kaledoniyadakı işləri?! Yerli əhaliyə qarşı repressiya, fəalların qətli, təqib olunması, həbs olunması, əhalinin etnik tərkibinin süni şəkildə dəyişdirilməsi, adaya əlavə cəza dəstələri, jandarm birlikləri göndərmək və sair. Bu işlərə Azərbaycan qarışmayıb, sadəcə, Fransanın xüsusi idarəsi - müstəmləkəsi altında olan kiçik ölkənin səsini dünyaya duyurub. Adada işləri Fransa özü qarışdırıb, sonra da Azərbaycanı işə qarışmaqda günahlandırır. Fransanı Makron özü qarışdırıb - hakimiyyət vaakumu yaradıb, amma Azərbaycanı günahlandırır. Fransada parlamenti özü buraxıb, yeni seçkilər keçirilib. Prezident seçkilərin nəticələrini tanıyıb ki, qalib gələn siyasi qüvvələrə hökuməti formalaşdırmağı tapşırıb. Həmin seçkidə Makronun partiyası uduzmuşdu. Onu Azərbaycan uduzdurmuşdu?!

Belə çıxır ki, Makron seçkilərin nəticələrini tanımır. Tanımırsa, niyə bunu açıq demir və Milli Assambleyanı yenidən niyə buraxmır?!

Suallar çoxdur. Əsas məqam da budur ki, Azərbaycanın "müdaxiləsi" Fransadakı seçkinin nəticələrini dəyişirsə, ya həlledici təsir edirsə, onda Emmanuel Makronun öz postunda oturması özü absurddur. Fransada rəyi soruşulanların 61 faizi Makronun istefasını tələb edir. Buna ki Azərbaycan müdaxilə etmir.

Fransanın başqa bir müstəmləkəsi olan Mayott adasında dekabrın 14-də Çido qasırğası dağıntılara, tələfata səbəb olub. 39 nəfər ölüb, 5600 nəfər yaralanıb. On minlərlə insan evsiz-eşiksiz qalıb. Hadisədən 3 həftə sonra Makron "yuxudan ayılıb", adaya gedib, orda onu fitə baslblar, aşağılayıblar, buna Azərbaycan neynəsin?! Kim Makronun yolunu kəsmişdi ki, zərər çəkən insanların harayına getməsin?!

Rusiyada Azərbaycan təyyarəsi vuruldu, Qazaxıstanda düşdü, 38 nəfər həlak oldu, xeyli yaralı var. Azərbaycan prezidenti həmin gün Rusiyaya səfərə gedirdi. Hadisədən xəbər tutan kimi prezident səfərini yarımçıq qoyub, elə havadaca geri döndü, xalqının yanında, şəxsən işlərin başında durdu. Amma çox güclü qasırğa Mayott adasında həyatı darmadağın edib, Fransa prezidenti hələ indi ayılıb. Buna kim müdaxilə edir?! Eyni şey hökumətə və parlamentə də aiddir; siklon dekabrın 14-də olub-bitib, ərazini silib-süpürüb, Milli Assambleya adaya hökumətin dəstəyi haqqında qanun layihəsini hələ yanvarı 13-də müzakirəyə çıxaracaq. Yəni parlament təbii fəlakətdən düz bir ay sonra adada həyatın bərpası üçün büdcədən pul ayırmağı müzakirə edəcək. Büdcə isə yoxdur. Əsl postmodern siyasət nümunəsidir ki var.

Xalqa məlum son müraciətində Makron 2024-cü il ərzində qazanılmış cəmi iki uğurdan danışdı. Bunlardan biri kimi Olimpiya oyunlarını, bir də Paris Nort Dam kilsəsinin bərpasını göstərib. Olimpiya oyunlarına dair tənqidləri, hətta Roma Papasının belə narazılığını xatırlatmıram. Bunlardan başqa Makron elə, sadəcə, keçən il hansı uğurları gətirib? Heç özü də göstərə bilmir. Buna da Azərbaycanın mane olduğunu desin, tam olsun.

Fransa prezidentinin Azərbaycanla bağlı bir iddiası da Vətən müharibəsi ilə bağlıdır. O deyir ki, Rusiya "ittifaqlarını dəyişib, Azərbaycanı dəstəkləyib", ona görə də Azərbaycan "Dağlıq Qarabağda" qalib gəlib.

Rusiyanın Azərbaycana dəstəyini Makron harda görüb, görəsən?! Həmin vaxt Rusiyadan Ermənistana təkcə hərbi yük təyyarələri deyil, hətta sərnişin təyyarələri də silah daşıyırdı. Bu idimi Azərbaycana verilən dəstək?! Hansı ittifaqın dəyişməsindən söhbət gedir ki, həmin vaxt Rusiya Ermənistanın hərbi müttəfiqi idi və bu İttifaq hələ də davam edir?! Rusiya ittifaqı necə dəyişib ki, Ermənistanla xarici ticarət dövrüyyəsi həndəsi silsilə ilə artır?! Mən daha dərinə getmirəm.

Bir də lap tutaq ki, Rusiya ittifaqını dəyişib, Fransa niyə ittifaqını dəyişmir?! Makrona qədər Fransa ilə Azərbaycan arasında dostluq, tərəfdaşlıq yüksək səviyyədə idi. Paris özü hər şeyi pozdu; ittifaqını iti bucaq altında dəyişdi. Təbii ki, yanlış istiqamətə.

Yaxşı, Vladimir Putin fikrini düzgün istiqamətə dəyişib, Cənubi Qafqazda Azərbaycan kimi bir ölkəni qazanıbsa, Emmanuel Makron öz mövqeyini doğru yönə doğru niyə dəyişməyib?! Axı bir dəlilər, bir də ölülər fikrini dəyişmir. Bəs Makron özünü hansı kateqoriyaya aid hesab edir, görəsən?!

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Yanvar 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see362

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see254

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see234

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see231

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see215

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see214

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see212

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see201

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see185

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see184

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see184

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see183

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see182

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see181

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see179

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see177

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see174

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see171

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see170

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri